Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şərəfli səhifələrindəndir

 

Bu fikir mayın 27-də “Park İNN-Azərbaycan” mehmanxanasında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş elmi konfransda səslənmişdir.
Dövlət himninin səslənməsi ilə başlanan konfransın işində Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların qeyri-hökumət təşkilatlarının nümayəndələri, tarixçi alimlər iştirak edirdilər.
YAP sədrinin müaviniicra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin geniş qeyd edilməsi ilə əlaqədar imzaladığı sərəncamı xatırladaraq qeyd etmişdir ki, bu yubiley həm ölkəmizdə, həm xarici ölkələrdə yüksək səviyyə qeyd edilir. Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xüsusi vurğuladığını bildirən sədr müavini qeyd etmişdir ki, hər bir xalq öz tarixində müxtəlif mərhələlərdən keçir. Bu tarixə hörmət həmin xalqın bütövlüyünün ən parlaq təzahürüdür. Ə.Əhmədov xatırlatdı ki, XIX əsrin ortalarından başlanan mürəkkəb ictimai-siyasi proseslər Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə səbəb oldu, 1918-ci ilin mayında Şərqdə ilk demokratik təsisat olan AXC-nin elan edilməsi ilə nəticələndi. Bu demokratik dövlətin yaranması yalnız Azərbaycana yox, eyni zamanda, bütün Şərqə böyük təsir göstərdi. AXC zaman baxımından qısa dövr yaşasa da, onun həyata keçirdiyi tədbirlər tarixi əhəmiyyətini itirmədi. Bu dövlət tərəfindən əsası qoyulmuş ideyalar XX əsrin 90- illərində bərpa olunmuş müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində reallığa çevrilməyə başladı. AXC dövründə qəbul edilmiş dövlət rəmzlərinin bugünkü müstəqil Azərbaycanın dövlət atributları kimi saxlanması bir tərəfdən tarixi varisliyə sübutdursa, digər tərəfdən ona hörmət məhəbbətin bariz nümunəsidir. Azərbaycan xalqı bu tarixi şərəflə yaşadır həmin tarix uğurla davam etdirilir. Hər bir Azərbaycan vətəndaşının dövlətçilik tariximizə hörmətlə yanaşmasının zəruriliyini qeyd edən sədr müavini vurğulamışdır ki, bu gün müstəqil dövlətimizə uğurlar qazandıran ulu öndər Heydər Əliyevin strategiyası da məhz bu tariximiz üzərində dayanır.
Konfransda çıxış edən Bakı Dövlət Universitetinin müəllimi, professor Anar İsgəndərov, AMEA Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhrəmov, Bakı Dövlət Universitetinin müəllimi Kərim Şükürov, AMEA Tarix İnstitutunun əməkdaşı Kamran İsmayılov, Milli Məclisin deputatları - Milli Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Qurtuluş Partiyasının sədri Fazil Qəzənfəroğlu AXC-nin yarandığı dövr, cümhuriyyətin yaranması ilə bağlı baş verən tarixi proseslər, ictimai-siyasi situasiya, qəbul edilən qərarlar, bu dövlətin formalaşmasında xidmətləri olmuş tarixi şəxsiyyətlər barədə ətraflı məlumat verdilər. Qeyd olundu ki, I Dünya müharibəsi gedişində Rusiyada baş verən burjua demokratik inqilabı nəticəsində imperiyanın süqutu müstəmləkə xalqlarına milli müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması üçün münbit tarixi zəmin meydana gəldi. 1918-ci il fevralın 23- yaradılmış Zaqafqaziya Seymində Azərbaycanı təmsil edən deputatlar mayın 27- Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətini yaratdıqlarını elan etdilər. Bu, bütün Şərq xalqları tarixində yaradılmış ilk parlamentli demokratik respublika idi. 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilən çox ciddi tədbirlər nəticəsində bütün dövlətçilik atributları olan müstəqil bir respublikanın yaradılması, həqiqətən, tarixi bir hadisə idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili xarici siyasətinin başlıca prinsiplərini dünyaya bildirdi.
Vurğulandı ki, Azərbaycan Xalq Cümhuriyyətinə ən yüksək qiymət ötən əsrin 70-ci illərində bu dövlətin tarixini dərindən öyrənmiş ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzalamış ulu öndər, bununla cümhuriyyət məfkurəsinin tarixinin araşdırılması üçün ciddi hüquqi baza yaratmış oldu. AMEA-nın Tarix İnstitutunda yaradılmış AXC tarixi şöbəsi tərəfindən əhatəli tədqiqatlar aparıldı. Cümhuriyyətin 2 cildlik ensiklopediyası hazırlanaraq dərc edildi. Beynəlxalq respublika səviyyəli konfranslar keçirildi, sənədli filmlər çəkildi. Bu istiqamətdə tədqiqatların bu gün davam etdirildiyi, mayın 26-da AXC-nin İngiltərə arxivində saxlanılan sənədlərinin 50 çap vərəqi həcmində nəşr edildiyi diqqətə çatdırıldı.
Konfransda vurğulandı ki, bu gün ölkəmizin müasir dövrü Xalq Cümhuriyyəti barəd
ə beynəlxalq aləmdə geniş təbliğat işləri aparılmalıdır bu istiqamətdə tədbirlər görülür.
Konfransa yekun vuran Əli Əhmədov qeyd etdi ki, biz tariximizə onu sevərək münasibət bildirməliyik, yalnız bu halda biz onun bütövlüyünü təmin etmiş olarıq. Prezident İlham Əliyevin siyasətinin kökündə dayanan gerçəklik ondan ibarətdir ki, Azərbaycan dövləti qüdrətlənməli, güclənməli, sivil dövlətlər cərgəsində mövqeyini möhkəmləndirməlidir. Biz gücləndikcə, mövqeyimizi möhkəmləndirdikcə tariximizə , bu günümüzə , gələcəyimizə hörmətlə yanaşılacaqdır.


Xalq qəzeti.- 2008.- 28 may.- S. 3.