Qara Qarayevə həsr olunmuş fortepiano musiqisi axşamı

 

Alman-Azərbaycan Mədəniyyət Birliyi Kapelhausda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illiyinə həsr olunmuş fortepiano musiqisi axşamı keçirdi.
   Konsertdə Bakı Musiqi Akademiyası bu qurumun nəzdində orta ixtisas məktəb-studiyasının müəllimi Nərgiz Mansurovanın yetirmələrinin ifası dinlənildi.
   Proqramda T.Quliyevin, F.Şopenin, V.A.Motsartın, Q.Qarayevin, İ.S.Baxın, S.Raxmaninovun, D.Şostakoviçin əsərləri səsləndirildi.
   Tamaşaçılar məktəb-studiyanın şagirdlərinin ifasını hərarətlə qarşıladılar.
   

Səs.- 2008.- 15 may.- S. 12.