Qədirov M.

 

Ağdaşda Habil Əliyev təntənələri

 

Azərbaycanının gözəl, füsunkar, gül-çiçəyə qərq olmuş güşələrindən biri olan Ağdaş şəhərində həmin gün xüsusi bir canlanma var idi. Azərbaycana bir çox görkəmli şəxsiyyətlər, dahi sənət elm adamları bəxş etmiş bu torpaqda mayın 17- məşhur kaman ustası, xalq artisti Habil Əliyevin 80 illik yubileyi keçirildi. Minlərlə ağdaşlı, yaxın rayonlardan xarici ölkələrdən gələn yüzlərlə qonaq bu tədbirə təşrif buyurmuşdu. Habil müəllim yubiley tədbirində özünü çox gümrah xoşbəxt hiss edirdi. Ömrünün 60 ildən çoxunu ifaçılıq sənətinə həsr etmiş, Azərbaycan mədəniyyətində incəsənətində misilsiz xidmətləri olan, Vətənimizin ali mükafatları - "Şöhrət" "İstiqlal" ordenləri ilə təltif edilmiş xalq artisti öz həmyerliləri qarşısında qürur fəxarət hissilə dayanmışdı.
   Mədəniyyət maarif işçiləri ilə Habil müəllimin görüşü Ağdaş şəhər humanitar kollecində keçirildi. Tənzilə Şıxıyevanın rəhbərlik etdiyi müəllim tələbə kollektivi ilə yüksək səviyyədə hazırlanmış görüşdə sənətkarın ifa etdiyi muğamların səslənməsi, onun özünün bəstələdiyi mahnıların gənc müğənnilər tərəfindən məharətlə oxunması Habil müəllimi həm sevindirir, həm kövrəldirdi.
   Ağdaş rayon mədəniyyət şöbəsinin müdiri Tahir Əliyevin, pedaqoji kollektivin rəhbəri Tənzilə Şıxıyevanın bir çox rəhbər işçilərin çıxışlarını mərasim iştirakçıları alqışlarla qarşıladılar. Habil müəllim tələbə müəllimlər qarşısında çıxış edərək, ona göstərilən bu səmimiyyətə, hörmət ehtirama görə bütün kollektivə dərin minnətdarlığını bildirdi.
   Çay süfrəsi ətrafında isə Habil müəllimdən kamanın simvolu olan böy
ük tortu kəsmək xahiş olundu. Sənətkara dəyərli hədiyyələr bağışlandı.
   Ağdaş rayon icra hakimiyyətinin başçısı Rafiq Niftalıyevin rəhbərliyi ilə böyük iclas zalında rayonun rəhbər işçiləri, ziyalıları ağsaqqalları ilə keçirilən görüşdə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO İSESKO-nun
Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təbrik məktubu səsləndirildi sürəkli alqışlarla qarşılandı.
   Habil Əliyev sənətinə böyük hörmət ehtiram göstərən rayon rəhbəri ustad ifaçını yalnız Azərbaycanda yox, bütün dünyada ad
qazanmış böyük sənətkar, xalqımızın fəxri kimi qiymətləndirdi. Rafiq müəllim ölkə rəhbərliyinin bütün sənətkarlara, o cümlədən Habil Əliyevə sonsuz qayğı ilə yanaşdığını xüsusi vurğuladı.
   Akademik Bəkir Nəbiyev görkəmli sənətkarı Azərbaycan musiqi ifaçılığının patriarxı adlandırdı.
   Xalq şairi Fikrət Qoca Habil müəllimlə dostlu
ğundan söz açdı, onun yaradıcılığını Azərbaycan ifaçılıq sənətinin əlçatmaz zirvəsi kimi qiymətləndirdi. Şair ustad ifaçıya həsr etdiyi "zarafatyana" ruhlu şeirini oxuyaraq, yubilyarı cavanlıq illərinə qaytardı.
   Yazıçı-dramaturq Xeyrəddin Qoca Habil Əliyev haqqında bir sıra Şərq ölkələri aliml
ərinin musiqiçilərinin söylədikləri fikirləri bir daha diqqətə çatdırdı.
   Görüşün sonunda Habil müəllim çıxış edərək, ona göstərilən qayğıya diqqətə görə ölkə rəhbərliyinə, o cümlədən Ağdaşdakı tədbirlərin yüksək səviyy
əli təşkili ilə bağlı rayon icra hakimiyyətinə, bu mərasimlərdə əməyi olanların hər birinə minnətdarlığını bildirdi.
   İcra hakimiyyətinin iclas zalındakı görüşdən sonra yubiley iştirakçıları ümummilli lider Heydər Əliyevin abidə kompleksinə tərəf yollandılar, abidənin üzərinə qızılgüll
ər qoyaraq, ulu öndərin xatirəsi qarşısında baş əydilər.
   Heydər Əliyev Fondunun qayğısının təzahürü kimi Ağdaş şəhərində müasir tipli musiqi məktəbinin təməli qoyuldu bu məktəbə görkəmli sənətkar Habil Əliyevin adının verilməsi qərarı ürəkdən bəyənildi.
   Rəsmi mərasimlərdən sonra Heydər Əliyev adına parkda incəsənət ustalarının konsert proqramı başladı. Dəyərli sənətkarlarımız Möhlət Müslümov Fəxrəddin Dadaşovun müşayiətilə bir çox istedadlı, tanınmış sənətçilər ürəkaçan çıxışlar etdilər.
   Əziz dostum Habil müəllim!
   Yubileylə bağlı dinlədiyiniz bütün təbriklərə qoşularaq, mən Sizə ən xoş arzularımı bildirirəm. Arzum budur ki, təkcə barmaqlarınızdan yox, qəlbinizin dərinliklərindən süzülüb gələn ifalarınız xalqımızı hələ uzun illər ərzində feyziyab etsin. Bir Sizə tezliklə Şuşanın İsa bulağından sərin su içərək, "Habil Segahı"nın sədalarını o yerlərə təşnə olan ruhumuza yaymağınızı arzulayıram!

 

525- ci qəzet.- 2008.- 27 may.- S. 7.