Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbir
Mayın 28-i Azərbaycan Xalq
Cümhuriyyətinin 90 illik
yubileyi tamam olur. Bu münasibətlə ölkədə
bir sıra tədbirlər keçirilir.
Bu tədbirlərdən biri
də Fikrət Əmirov adına
11 illik incəsənət
məktəbinin şagirdləri
tərəfindən hazırlanan
rəsm sərgisi olub. İlk fərdi sərgisi təşkil olunan Fikrət Əmirov adına İncəsənət
Məktəbinin tədbiri
Xalq Cümhuriyyətinin
90 illik yubileyinə
həsr olundu. Sərgidə müxtəlif mövzulara
həsr olunan
80-nə yaxın rəsm
əsəri nümayiş
olundu. Rəngli boya ilə
çəkilən rəsmlərin
rəmzi isə təbiət anlayışı
idi. 9-15 yaşlarında
yeniyetmə müəlliflərin
"Mavi dəniz",
"Qız Qalası",
"Vətənə sevgim"
əsərləri daha
çox diqqəti cəlb etdi. Xalq Cümhuriyyətinin 90 illik
yubileyini məktəblilər
Azərbaycan xalqının
adət-ənənələrini birləşdirən ekspozisiya
ilə qarşıladılar.
Məktəbin "Ay işığı"
skripkaçılar ansamblı
da maraqlı proqramla çıxış
etdilər.
Səs.- 2008.- 22 may.- S.12.