Nəzərli T.

 

Ağdaşda Habil Əliyevin yubileyi keçirilib

 

Ağdaş şəhərində görkəmli kaman ustası, xalq artisti, "Şöhrət" "İstiqlal" ordenli Habil Əliyevin anadan olmasının 80 illiyi münasibəti ilə yubiley mərasimi keçirilmişdir.
Yubiley tədbirləri ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki möhtəşəm abidəsi önünə əklil qoyulması ilə başlandı. Sonra Ağdaş Dövlət Humanitar Kollecində xalq artisti Habil Əliyevin müəllim tələbələrlə görüşü keçirildi. Rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə mədəniyyət məsələləri üzrə müavini Qalib Həsənov Habil Əliyevin həyat yaradıcılığı barədə məruzə etdi. Bu zaman ekranda maraqlı fotolar göründü. Bu fotolarda görkəmli sənətkarın həyatının yaradıcılığının müxtəlif məqamları əks olunmuşdu. Kollec tələbələrinin ifasında Habil Əliyevə həsr olunan şeirlər alqışlarla qarşılandı. Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva, rayon təhsil şöbəsinin müdiri Lütfü Paşayev, Ağdaş Peşə Məktəbinin direktoru Nargilə Dostməmmədova rayon mədəniyyət şöbəsinin müdiri Tahir Əliyev yubilyarı təbrik edərək ona cansağlığı yaradıcılıq uğurları arzuladılar. Kollecin müəllim tələbə kollektivi qarşısında həyəcanını sevincini gizlədə bilməyən kaman ustası Habil Əliyev gül-çiçək alqış "yağış"ı altında "Ağdaşda olmaq gözəlmiş !" - dedi hər kəsə təşəkkür edərək bildirdi ki, ömrüm boyu həmişə çalışmışam ki, vətənin xalqın sevgisinə layiq olum.
Ağdaş Rayon İcra Hakimiyyətində ziyalılarla keçirilən görüşü rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev açaraq ulu öndər Heydər Əliyevin bütün sahələrlə yanaşı, mədəniyyətə, sənətə, sənətkara ziyalıya qayğısından danışdı. Bildirdi ki, fəaliyyətinin ən zəngin məqamlarında belə, ümummilli lider bu sahəyə diqqəti bir an da unutmamışdır. Təqdirəlayiq haldır ki, Azərbaycan elminin mədəniyyətinin inkişafında xidmətləri olan ağdaşlı ziyalılar da zaman-zaman öndər Heydər Əliyevin qayğısı diqqəti ilə əhatə olunmuşdur. Bu gün bu nəcib siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Cənab İlham Əliyevin 2005-ci ilin uyul ayında Ağdaşa etdiyi tarixi səfərdən sonra rayonda aparılan abadlıq quruculuq işlərinin dinamikası daha da artmış, rayon mərkəzinin, qəsəbə kəndlərin siması tamamilə dəyişərək müasir bir görkəm almış, insanların gün-güzəranı yaxşılaşmışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət qayğısını da ağdaşlılar bu gün çox yaxından hiss edirlər. Fondun vəsaiti hesabına Ağdaşın mərkəzində müasir tipli yeni musiqi məktəbinin tikintisinə başlanılır.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı R.Niftəliyev Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xalq artisti Habil Əliyevə təbrik məktubunu oxudu.
Görkəmli kaman ustası haqqında təbrik üçün söz Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəkir Nəbiyevə verildi. B.Nəbiyev Habil Əliyevlə keçirdiyi uşaqlıq illərindən, müharibə dövrünün çətinliklərindən, Ağdaşın o zamankı mədəni mühitindən söz açaraq xüsusi vurğuladı ki, görkəmli kaman ustasının bugünkü şöhrətinin arxasında gərgin zəhmət, yuxusuz illər mətin iradə dayanır.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca, yazıçı-dramaturq Xeyrəddin Qoca, Azərbaycan Dövlət Neft Akademiyasının professoru Yaşar Səlimov çıxış edərək yubilyara xoş arzularını bildirdilər.
Xalq artisti Habil Əliyev belə təntənəli görüşə görə rayon icra hakimiyyətinin rəhbərliyinə, eləcə hər bir iştirakçıya minnətdarlığını bildirdi. Sonra tədbir iştirakçıları Ağdaş şəhərinin mərkəzində Heydər Əliyev Fondunun vəsaiti hesabına tikiləcək müasir tipli yeni musiqi məktəbinin təməlqoyma mərasimində iştirak etdilər.
Xalq artisti Habil Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley mərasimi möhtəşəm Heydər Parkında konsert proqramı ilə davam etdirildi.

Azərbaycan
.- 2008.- 21 may.- S. 6.