Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli demokratik respublika idi

 

Mayın 26-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illik yubileyinin geniş qeyd edilməsilə əlaqədar imzaladığı Sərəncam çərçivəsində keçirilən Konfransın iştirakçıları əvvəlcə Akademiyanın foyesində Cümhuriyyətin fəaliyyətinə həsr olunmuş kitab sərgisinə baxmışlar.
Tədbirdə Akademiyanın prezidenti, akademik Mahmud Kərimov, mədəniyyət turizm naziri Əbülfəs Qarayev giriş sözü söyləmişlər. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını da xüsusi diqqətə çatdırmışdır. Xatırladılmışdır ki, XIX əsrdən başlayan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı. Birinci Dünya Müharibəsi gedişində Rusiyada baş verən burjua demokratik inqilabı nəticəsində imperiyanın süqutu onun müstəmlə xalqlarına milli müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması üçün münbit tarixi zəmin meydana gəldi. 1918-ci il fevralın 23- yaradılmış Zaqafqaziya Seymində Azərbaycanı təmsil edən deputatlar - Azərbaycan Milli Şurasının üzvləri Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Nəriman Nərimanov, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əsgər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmmədyusif Cəfərov, Xudadat Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanov, Mirhacı Molla Axundzadə mayın 28- Azərbaycan Milli Şurası adından bir gün əvvəl Azərbaycan Xalq Cümhuriyyətini yaratdıqlarını elan etdilər. Bu, bütün Şərq xalqları tarixində dövlətçilik göstəricilərinə prinsiplərinə görə Avropanın Şərqində yaradılan ilk parlamentli demokratik respublika idi. 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilən çox ciddi tədbirlər nəticəsində bütün dövlətçilik atributları olan müstəqil bir respublikanın yaradılması həqiqətən tarixi bir hadisə idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi Bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili xarici siyasətinin başlıca prinsiplərini dünyaya bildirdi.
Məlumat verilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin mürəkkəb ictimai-siyasi şəraitdə cəmi iki ilə yaxın müddət ərzində fəaliyyət göstərsə , onun qısa müddət ərzində həyata keçirdiyi tədbirlər XX əsrin sonunda xalqımıza milli dövlətçilik ənənələrini bərpa etməkdə siyasi mənəvi məktəb olmuşdur. Ən əsası isə o, xalqımızda azadlıq, müstəqillik hisslərini daha da gücləndirmişdir. Azərbaycan xalqının tarixi nailiyyətlərindən danışarkən natiqlər qeyd etmişlər ki, respublikamız ilə bağlı "ilk" sözünü işlətməyə haqqımız vardır. Belə ki, Şərqdə ilk teatr, ilk opera, ilk parlamentli dövlət, qadınlara ilk səsvermə hüququnun verilməsi həqiqətən xalqımızın dünya mədəniyyəti ictimai-siyasi düşüncəyə malik olduğunun bariz nümunəsidir.
Vurğulanmışdır ki, Azərbaycan artıq iyirmi ilə yaxındır özünün ikinci mustəqilliyini yaşayır. Xalqımız özünün tarixini, mədəni keçmişini, adət-ənənəsini heç vaxt unutmamışdır. Məhz dövlətimizin qüdrəti elə bundadır. Sovet İttifaqının qadağaları çərçivəsində yaşasaq da, ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçiləndən sonra özündə güc cəsarət taparaq Naxçıvanda Cümhuriyyətin bayrağını qaldırdı.
Konfransda vurğulanmışdır ki, bu gün ölkəmizin m
üasir dövrü Xalq Cümhuriyyətinin hansı şəraitdə nəyə qadir olduğu barədə beynəlxalq aləmdə geniş təbliğat işləri aparılmalıdır bu istiqamətdə tədbirlər görülür. Cümhuriyyətin 90 illiyi ilə əlaqədar YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanımın təşəbbüsü ilə Mədəniyyət Nazirliyi tərəfindən bu günlərdə Avropa məkanında çox böyük aksiya keçirilmişdir. Ölkəmizdə cəmi iki il müddətində yaradılmış Uşaqların Simfonik Orkestri Xor Kapellası qitənin ən böyük siyasi mərkəzlərində çıxışlarını davam etdirirlər. Bu uşaqların cıxışları vasitəsilə Avropaya çatdırmaq istəyirik ki, AXC-nin varisi olan Azərbaycanda Avropada öz sözünü deyə bilən nəsil formalaşır.
Tədbirdə AMEA-nın müxbir üzvü Yaqub Mahmudov "Azərbaycan xalqının ilk demokratik respublikası", iqtisad elmləri namizədi Xosrov Kərimov "AXC-nin iqtisadi planlaşdırması", sənətşünaslıq doktoru İsrafil İsrafilov "AXC dövrü milli mədəniyyətimiz", filologiya elmləri doktoru, professor Alxan Məmmədli "AXC ədəbiyyat məsələləri", filologiya elmləri doktoru Sayalı Sadıqova "AXC dil məsələləri", tarix elmləri namizədi Lətifə Məmmədova "Erməni siyasi təşkilatlarının Azərbaycan dövlətçiliyinə qarşı təxribatçı fəaliyyəti" mövzularında məruzələr etmişlər.
Məruzə çıxışlarda qısa ömür sürmüş Cümhuriyyətin fəaliyyəti ilə bağlı mühüm məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2008.- 27 may.- S. 4.