Azərbaycan “Avroviziya
2008”in
finalında
Elnur və Samirin çıxışı
"Belqrad Arena "nı ayağa qaldırdı
Bakı vaxtı ilə
24.00-da bütün ölkənin ürəyi Belqradla
döyünməyə başladı. "Avroviziya2008"
Azərbaycan ilk debüt çıxışı
ilə Avropa tamaşaçısına özünü
tanıtmalı və
"mən də varam" deməli idi. İlk 6 çıxış olduqca
sakit qarşılandı. Heç bir
şoudan əsər əlamət olmadığını
da nəzərə alıb, bir anlıq artıq qələbəmizə ümid
çalarları parlamağa
başladı. Nəhayət,
saat 00.30-a yaxınlaşdığı
an 7 nömrə altında çıxış
edən Azərbaycan cütlüyü Elnur və Samir dueti
öz parlaq şousu ilə səhnəni ələ aldı. "Azərbaycanlı
nümayəndələrin Avraviziya ailəsinə qədəmləri uğurla
basıldı", - demək
yerinə düşərdi.
Zalda heç bir reaksiya oyatmayan
6 sakit çıxışdan
sonra ətalətin necə pozulduğunun bütün ölkə şahidi oldu. Zalın yarısı iştirakçılarımızı ayaq üstündə gur alqışlara qərq etdi. "Dey after dey"
ölkəmizin finala vəsiqəsi oldu. Onu da qeyd
edək ki, bu il yarışmaya
rekord sayda - 43 ölkə qatılıb.
İkinci yarım final isə mayın 22-də finalın digər yarışmaçılarını bəlli edəcək. Son akkordlarsa Serbiya paytaxtında mayın 24-də vurulacaq. Festivalı 15 min qonaq izləyir.
Qeyd edək ki, yarışmaya bütün biletlər 2 ay əvvəldən satılıb, bütün
mehmanxana və otellərin qiyməti isə 100 % artırılıb.
İkinci yarımfinalın
favoritləri sırasına
Türkiyə, Ukrayna və İsveç liderlik edir. Müsabiqənin gedişatını
isə 2,5 min jurnalist izləyir.
Artıq birinci yarımfinalda finala vəsiqə qazanan iştirakçılar arasında
ən şanslılarının
adları hallandırılır.
Bu siyahıda Rusiya, Yunanıstan, Finlandiyanın "Terasbetoni
"rok qrupu, əla debüt çıxışı göstərən
Elnur və Samir dueti, Siruşo
öndə gedir.
Amma unutmayaq ki, 2-ci yarımfinal güclülər qrupu sayılır və Azərbaycanın Ukraynalı
Ani Lorak, Beloruslu Ruslan Alexno və finala birbaşa vəsiqə qazanan İngiltərə, Fransa,
İspaniya, Almaniya kimi rəqibləri var. Final axşamı
25 iştirakçı ölkədən
kimin qalib olacağına dair proqnozlar verməksə olduqca çətindir. Çünki deyildiyi kimi "Avroviziya" surprizlər yarışmasıdır.
Xalq cəbhəsi.- 2008.- 22 may.- S. 10.