Azərbaycan müğənniləri
“Avroviziya-2008” mahnı müsabiqəsinin
finalına çıxmışlar
Belqradda keçirilən
"Avroviziya-2008" mahnı müsabiqəsində "Day
after day" mahnısı ilə çıxış edən
Elnur Hüseynov və Samir Cavadzadə
birinci mərhələni
uğurla keçərək
finala çıxmışlar.
Birinci yarımfinalda
19 iştirakçı, Azərbaycan,
Çernoqoriya, İsrail,
Moldova, Estoniya, San-Marino, Belçika, Sloveniya, Norveç, Polşa, İrlandiya, Andorra, Bosniya və Hersoqovina, Ermənistan, Niderland, Finlandiya, Rumıniya, Rusiya və Yunanıstan çıxış
etmişlər. Tamaşaçıların
səsverməsi nəticəsində
finala 10 iştirakçı,
o cümlədən Azərbaycan, Yunanıstan,
Bosniya və Hersoqovina, Rumıniya, İsrail, Finlandiya, Polşa, Norveç, Rusiya və Ermənistan vəsiqə almışlar.
Püşkatmanın şərtlərinə
görə, Azərbaycan
müğənniləri mayın
24-də final yarışında 20-ci çıxış
edəcəklər.
Azərbaycan.- 2008.- 22 may.- S. 5.