Eurovisionda bizimkilərin şansları

 

Bu məşhur musiqi festivalında azərbaycanlı iştirakçıların qələbə şansları haqda Day.Az saytı siyasətçilər arasında mini sorğu keçirib. Sorğunu ixtisarla təqdim edirik:
   
   Asim Mollazadə, DİP sədri, Milli Məclisin deputatı:
   "Əlbəttə, uşaqlarımız üçün həyəcan keçirirəm Elnurla Samirə öz imkanlarını maksimum nümayiş etdirə bilməyi ürəkdən arzulayıram. Amma bu, Azərbaycanın "Eurovision" müsabiqəsində debütüdü bizim duetin müsabiqənin finalına çıxa bilməsi məni təmin edərdi".
   
Anar Məmmədxanov, Milli Məclisin deputatı:
   "Qısa deyəcəm: Azərbaycan forever and ever".
   Xəzər İbrahim, XİN mətbuat xidmətinin rəhbəri:
   "Mən çox ümid edirəm ki, ölkəmizin "Eurovision"da debütündə Azərbaycanın şərəfini qoruyan Elnur Samir nəticədə çox şərəfli bir yer tutacaqlar. Bunun üçün az şey lazımdır. Çıxışları zamanı maksimum qüvvə sərf etmək. Xoşbəxtlikdən bizim müsabiqəçilərin Belqrada apardıqları kompozisiya yadda qalan, harmonik milli müsiqimizin elementlərini özündə əks etdirəndir. İstərdim inanam ki, Avropa tamaşaçısı Azərbaycan duetinin çıxışını layiqincə qiymətləndirəcək.
   Röya, tanınmış müğənni:
   "Mən bizimkiləri üçüncü yerdə görürəm. Amma bir şərtlə ki, onların arxasında bacarıqlı, güclü komanda dursun. İstəsəniz buna kürək deyərəm. Ölkənin güclü köməyi olmadan qalib gəlmək mümkün deyil".
   Səməd Səmədov, tanınmış müğənni:
   "Hansı yeri tutmağımız vacib deyil. Əsas iştirakın özüdü. Bizdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək ifaçılar az deyil".
   Nərgiz Cəlilova, teleaparıcı:
   "Mən ifaçılarımızı birinci beşlikdə görürəm. Yəqin ona görə ki, bunu həddən artıq arzulayıram. Çətin olacaq. Amma əminəm ki, bizim uşaqlar qalib gəlmək üçün əllərindən gələn hər şeyi edəcəklər".
   Zülfiyyə Xanbabayeva, tanınmış müğənni:
   "Daha yaxşı nümayəndə tapmaq mümkün deyildi. Şişirtmədən deyirəm ki, ölkəmizi Avropada təmsil etmək qələbə qazanmaq üçün çox layiqli namizədlərdir. Mən şəxsən özüm onlarla söhbət etmişəm. Fikrimcə, çıxışlarında olan çatışmazlıqları göstərmişəm. Məncə, uşaqlar daha çox qışqırırdılar, nəinki oxuyurdular. Bir-birini az eşidirdilər. Amma əminəm ki, müsabiqənin finalına doğru onlar öz nömrələrini cilalayacaqlar. Mən çox istərdim ki, klip öz rejissorlarımız tərəfindən çəkilsin. Kostyumları da modelyerlərimiz tiksinlər, rəqsləri özümüzünkülər hazırlasın. İstəyirəm ki, hər şey özümüzünkü, Azərbaycanın olsun! Yeri gəlmişkən, uşaqlarla birgə ora getmək onları "Eurovision"da mənəvi dəstəkləmək fikrindəyəm".
   Mini sorğuda iştirak edən politoloqlar İlqar Məmmədov, Eldar Cahangirov, müğənnilər - Abbas Bağırov, Ədalət Şükürov da ən azı onluğa düşə biləcəyimizi proqnozlaşdırırlar

 

Ədalət.- 2008.- 21 may.- S. 6.