Əbülfəs Qarayev
"Eurovision-2008"dəki cıxışımızı
uğurlu hesab edir
"Yüksək səviyyədə təşkil olunmuş "Eurovision-2008" nıüsabiqəsində Azərbaycan təmsilçiləri öz istedadlarını nümayiş etdirməklə yanaşı, həm də müasir şou nümunəsinin təqdimatına nail oldular. İlk çıxışımızda adımızın "onluğa" düşməsi kifayət qədər uğurlu nəticədir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Nazir müsabiqə çərçivəsində keçirilən səsvermənin daha çox qonşuluq münasibətlərini əks etdirdiyini bildirib: "Ona görə də daha yüksək nəticə əldə edə bilmədiyimizə görə təəssüflənmək lazım deyil. Biz bu müsabiqəyə yeni daxil oluruq. Səs aldığımız ölkələrin coğrafiyasına baxdıqda da görürük ki, həqiqətən də daha çox bizə yaxın olan ölkələrin əhalisindən səs toplamışıq".
Ə.Qarayev Azərbaycan təmsilçilərinin
ifa etdiyi mahnının birinci yerə layiq olduğunu söyləməkdə
çətinlik çəkib:
"İdmandan fərqli
olaraq, sənətdə
konkret göstəricilər
yoxdur. Ona görə də incəsənətdə birmənah
"ən yaxşı"
və "ən pis" anlayışları
qəbul olunmur. Hər mahnının özünəməxsus
gözəlliyi, özünəməxsus
məzmunu var. Hər halda, bizim mahnımız uğurlu təqdimatların sırasında idi". Nazir gələcəkdə daha
uğurlu nəticələrin
əldə olunması
üçün müsabiqəyə
hazırlığı davam
etdirməyin zəruriliyini
vurğulayıb.
Kaspi.- 2008.- 27 may.- S. 8.