Gülər

Azərbaycan Eurovision-2008in finalına keçdi

Ermənistan yenə balabanla nağaranı oğurladı

Bütün dünyanın, o cümlədən dünya azərbaycanlılarının böyük həyəcanla izlədiyi və hazırlaşdığı "Eurovision-2008" müsabiqəsinin birinci yarımfinalı nəhayət keçirildi. Dünən   gecə başlanan müsabiqə iki saatdan artıq davam etdi Azərbaycan da daxil olmaqla 19 ölkə öz məharətini layiqincə təmsil etməyə çalışdı. Serbiyanın paytaxtı Belqradda keçirilən "Eurovision" müsabiqəsində məlum olduğu kimi Azərbaycan Elnur Hüseynovla Samir Cavadzadə duetinin ifasında "Day after day" mahnısı ilə təmsil olundu. Muğam opera boğazlarının daxil olduğu mahnının uğurlu olub-olmayacağı ilk vaxtlar bir çoxlarının kəskin müzakirəsinə səbəb olmuşdu. Çünki müsabiqənin hazırlıq mərhələsində internet sorğularında Azərbaycan yer ala bilmirdi. Əvəzində qardaş Türkiyə, Ermənistan, İsveç başqa ölkələr sorğularda liderlik edirdilər. Buna baxmayaraq, Azərbaycanın yarımfinaldan finala keçəcəyinə inam böyük idi. Yəni dünyanın müxtəlif yerlərinə səpələnmiş 50 milyondan artıq azərbaycanlı bir təmsilçisinə səsini qıymayacaqğ Dünənki nəticə göstərdi ki, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz birlik nümayiş etdirməyi bacarır nəticədə Azərbaycan finala keçdi. Finala 19 ölkədən Azərbaycanla yanaşı Yunanıstan, Rumıniya, Bosniya Hersoqovina, Finlandiya, Rusiya, İsrail, Ermənistan, Polşa, Norveç vəsiqə qazandı. Qeyd edək ki, bu il müsabiqədə San-Marino da ilk dəfədir iştirak edir. Türkiyə isə ikinci yarımfinalda çıxış edəcək. Həmin gün 25 ölkə yarışacaq. Məlumat üçün deyək ki, 1956- ildən keçirilən "Eurovision"a Türkiyə ilk dəfə 1975-ci ildə qatılıb. Həmin il Semiha Yankı adlı sənətçi "Seninle bir dakika" adlı mahnısıyla müsabiqənin 19-cusu olmuşdu. 2003-cü ildə Sertap Erener "Everyway that it can" mahnısıyla layihənin birincisi olub. Keçən il Kenan Doğulu müsabiqədə dördüncü oldu. Daha dəqiq desək, 2006-cı ildə müsabiqənin qalibi finlandiyalı rok-qrup "Lordi", 2007-ci ildə isə serbiyalı Mariya Şerifoviç "Molitva" mahnısıyla birinci oldu. Ermənistan isə artıq üçüncü dəfədir qatılır. Bu dəfə onlar Azərbaycan milli musiqilərini mənimsəməklə bizləri təəccübləndirə bildilər. Bu barədə bir qədər sonra.

Əvvəlcə onu deyək ki, müsabiqəni Monte-Neqro açdı. Onların ardınca səhnəyə çıxan israilli ifaçı sakit mahnısıyla, sevgini aşıladı. Estoniya təmsilçisi isə kartof-soğanı vəsf etdiyi məzəli mahnısını həvəslə oxusa da, bu onlara uğur gətirmədi. Moldovalı xanım müğənni həyat yoldaşı ilə səhnəyə çıxaraq, maraqlı kompozisiya təqdim etsə , bu gözəl ifa da uğur qazana bilmədi. San-Marino ilə Belçikadan sonra səhnəyə Azərbaycanın təmsilçiləri buyurdular. Mələklə İblis vuruşdu sonda İblis muğam oxuyaraq, Allaha pənah gətirdi.   Təqdiredici məqam isə, S.Cavadzadənin muğam oxuyarkən zalda alqış səslərinin eşidilməsi idi. Daha sonra Slovnniya, Norveç, Polşa, İrlandiya, Andorra, Bosniya Hersoqavina, Ermənistan,   Niderland, Finlandiya, Rumıniya, Rusiya, Yunanıstan öz məharətini göstərdi. 2006-cı ildəki uğuru yaxşı xatırlayan Finlandiya bu il rok təqdim etdi. Ermənistan da ənənəsinə sadiq qaldı. Surişo Azərbaycanın balabanını, nağarasını, tütəyini "Qele-qele" mahnısına qatıb, oxudu. Bununla həm dünyanın diqqətini çəkməyə, həm Azərbaycana bir dərs verməyə çalışdı. Surişonun ifası haqqında bir neçə kəlmə demək olar. Əvvəla onu deyək ki, Surişonu Dima Bilanın rəqqasları müşayiət edirdi. Bu isə təəccüblü deyil. Surişo tamamilə mahnıya uyuşmayan tütəyin sədaları altında türklər demişkən cəzbedici "göstəri" verdi. Həm sözün əsl mənasında. Surişo sözsüz yaxşı hazırlaşdığı bədən hərəkətləri ilə sevilə tamaşaçıların diqqətini cəlb edə bilər. Elə etdi . Surişo çox gəncdi bir xanım olaraq etdiyini çox gözəl bilir. Final gecəsində daha nələr edəcəyini isə zaman göstərəcək. Bu gün isə İslandiya, Kipr, Türkiyə, Çexiya başqa ölkələr finala keçmək uğrunda yarışacaqlar. Mayın 24- isə əsas mərhələ-final gecəsi olacaq. 50 milyondan artıq azərbaycanlının səsinin əsl gücü həmin gün eşidiləcək.

Olaylar.- 2008.- 22 may.- S. 16.