Gülər
Promoturlar
Elnurla Samiri tanıda bildi
İnternet
sorğularına Azərbaycanın adı düşməyib
"Eurovision" mahnı müsabiqəsinin
başlamasına artıq
az qalıb.
İştirakçıların böyük əksəriyyəti
demək olar ki, Serbiyaya toplaşıb.
Onlar orada məşqlər edir,
media ilə görüşür,
bir sözlə layihəni yaõından hiss edir. Azərbaycanı təmsil edəcək Elnur Hüseynovla Samir Úavadzadə də hazırda Serbiyadadı.
Onlar da digərləri kimi müsabiqəyə hazırlaşır, yurnalistlərlə
görüşürlər. Hətta deyilənə görə,
Serbiya yurnalistləri onların duetlərini bəyəndiklərini deyiblər.
Əsas söz isə mayın 20-də deyiləcək.
Məlum
olduğu kimi Azərbaycan birinci yarımfinalda çıõış edəcək. Bu finalda Azərbaycanla yanaşı Ermənistan,
Rusiya, Çernoqoriya,
Finlandiya, Yunanıstan,
İrlandiya, İsrail,
Polşa, Bosniya və Hersaqovina da yarışacaq. 2008-ci ildə "Eurovision"da yeni olan ölkələr Azərbaycan və San-Marinodu.
Mələklə İblis, yoõsa Surişo?
Türkiyə isə ikinci finalda çıõış
edəcək. Amma belə demək
olar ki, qızğın müsiqi
yarışması elə
birinci finalda gözlənilir. Çünki mayın 20-də Elnur Hüseynovla Samir Cavadzadə erməni müğənnisi Surişo
ilə eyni gündə çıõış edəcəklər. Ötən
il Ermənistanın
ifaçısı Azərbaycanın
musiqi sədaları altında oõumaqla kifayət qədər dəyərli
yerə sahib ola bilmişdi. Bu il
isə Surişo öz məharətini göstərəcək. İndidən deyə bilərik ki, Surişo bizim istəyimizdən asılı olmayaraq, arzulanan yerə sahib çıõa
bilər. Çünki
Ermənistan Türkiyə,
Fransa, Rusiya və başqa ölkələrdən kifayət
qədər dəstəklənir.
Bəs Azərbaycanı
kim dəstəkləyəcək?
Bu haqda müsabiqə
gününə qədər
danışmaq tez olsa da, ilkin
mülahizələr yürüdə
bilərik. Əvvəlcə onu deyək ki, E.Hüseynovla S.Úavadzadə
dueti kifayət qədər təbliğ olunsa da, onlarnı
mahnıları hələ
Azərbaycan onluqlarında
belə sonuncu yerdədilər. "Eurovision"a gəlincə
isə, indinin özündə belə hansısa ölkəyə
ümid bəslədiyimizi
dilə gətirə bilmirik. Amma Elnurla Samir promoturlara çıõmazdan əvvəl
erməni ifaçısını
üstələyəcəklərinə əmin olduqlarını bildirmişdilər. Amma əminlik
kifayət etmir. Onların təbliğatı
üçün kifayət
qədər pul sərf olunsa da, onlar özləri-özlərini təbliğ etməyi bacarmırlar. Sonuncu dəfə Türkiyədə
çıõış
edən təmsilçilərimizin
konsertində türk aparıcısı dönə-dönə
onları təbliğ
etməsəydi, kimsə
bilməyəcəkdi ki,
onlar kimdilər və nəçidilər.
Türk sənətçilərindən sonra səhnəyə çıõan
Elnurla Samir "Day
after day" mahnısını oõuyan kimi səhnəni cəld tərk etdilər. Elə bil ki, kimsə onları zorla tutub səhnəyə
çıõarmışdı.
Ruslana və türk müğənniləri isə
mikrofonu ələ alıb, o ki var oõuyub, oynadılar. Müsabiqəyə hazırlığın gedişatını izləmək
də ürəkaçan
deyil. Qeyd edək ki, bu
il Türkiyədən
dəstək gözləsək
də, bu ölkədəki internet sorğuları
müsbət nəticə
göstərmir. Baõmayaraq ki, türk mətbuatı Azərbaycanın
ilk dəfə müsabiqəyə
qatılması və
təmsilçilərimiz haqqında
informasiyalar yerləşdirməkdən
çəkinmədilər. 43 ölkənin iştirak
edəcəyi müsabiqədə
Azərbaycanın hansı
yerə sahib olacağını
hamı həyacanla gözləyir, həm də narahat olur. Mayın 24-də baş tutacaq
final mərhələsinə isə 25 ölkə təmsil oluna biləcək. Hazırda öndə
duran məsələ
finala keçməkdi.
İnternet dünyasında vəziyyət
Azərbaycanın õeyrinə deyil. Əvvəldə
qeyd etdiyimiz kimi internet sorğularında
Azərbaycana səs verilmir.
Ən çoõ "Nero" və "Dəli"yə səs verirlər
Beynəlõalq saytlarda isə Azərbaycan ümumiyətlə sorğulara
düşməyib. "Esctoday.com"
saytındakı sorğuda
Türkiyənin "Mor
və ötesi" qrupunun "Dəli" mahnısı ikinci yerə sahib çıõıb. Ümumiyyətlə Türkiyənin təmsilçisi
bütün sorğularda
önəmli yerlərə
sahibdi. Qeyd edək ki,
1956-cı ildən keçirilən
"Eurovision"a Türkiyə
ilk dəfə 1975-ci ildə
qatılıb. Həmin
il Semiha
Yankı adlı sənətçi "Seninle
bir dakika" adlı mahnısıyla müsabiqənin 19-cusu olmuşdu.
2003-cü ilə qədər Türkiyə
ilk sıralarda yer ala bilməyib. Yalnız 2003-cü ildə Sertap Erener "Everyway that
it can" mahnısıyla layihənin
birincisi olub. Bu qalibiyyət əslində
Türkiyənin "Eurovision" tariõində
bir uğur cığırı yaradır
və keçən il Kenan
Doğulu müsabiqədə
dördüncü olub.
Amma Ermənistana uğur qazanmaq üçün Türkiyə kimi illərlə zəhmət
çəkmək gərək
omur və qatıldığı ildə
uğur əldə edir. Artıq internet sorğularında Ermənistan kifayət qədər səs toplayıb. Sözügedən
saytdakı sorğuda İsveç birinci, qeyd etdiyimiz kimi Türkiyə ikinci, Portuqaliya, üçüncü, Yunanıstan
dördüncü, Serbiya
beşinci, Ermənistan
altıncı, İrlandiya
yeddinci, İsveç
səkkizinci, Norveç
doqquzuncu, İsrail isə onuncu yerdədi. Göründüyü kimi Azərbaycana
kimsə internet sorğularında
səs vermir. Yəni hələ də təmsilçilərimiz tanınmırlar.
Baõmayaraq ki,
Avropanı gəzib, çıõış
ediblər.
"Eurovsion"da saõtakarlıq?
Onu da deyək ki, aparılan araşdırmalar nəticəsində
başqa məqamlar da üzə çıõır.
Faktlara əsasən, müõtəlif illərdə
"Eurovision"da birinci
olanların hansısa
yollarla qalib seçildikləri və müõtəlif
təpkilər göstərildiyi
bildirilir. Əgər həqiqətən
də "Eurorvision"da
böyük dövlətlər
və əsasən də lobbiçilik rol oynayırsa, o zaman biz heç nəyə ümid edə bilmərik.
Olaylar.- 2008.- 16 may.- S. 16.