Nizamiqızı G.
“Eurovision-2008”də Azərbaycan
Azərbaycanlıların
çox yaşadığı və bizə qonşu
dövlətlər səslərini bizdən
əsirgədilər
"Eurovision"un final
həyəcanını yaşamaq bizə də nəsib oldu
və buna görə də "Allaha şükür"
deyə bilərik. Üstəlik müsabiqənin onluğuna
düşdük və 8-ci olduq. Buna görə də
sevinməyə dəyər. Həm də çox.
Azərbaycan müsabiqədə ilk dəfəydi iştirak
edirdi. Nəzərə alsaq ki, illərlə
müsabiqəyə qatılanların bir çoxu heç
finala belə keçə bilmədi, o zaman bizim
öyünməyə səbəbimiz var. Müsabiqədə
iştirak etdik, finala vəsiqə qazandıq və finalda 8-ci
olduq. Əslində bunu da gözləyirdik. Azərbaycan
demək olar ki, bir ilini bu müsabiqəyə həsr etdi.
iştirakçıları seçdi, onları
hazırlaşdırdı və promoturlarını
keçirdi. Baxmayaraq ki, bu promoturların bizə
bir xeyri olmadı. Yəni nə Elnurla Samirin turlar zamanı
konsert verdikləri ölkələrdən, nə də
azərbaycanlıların çox yaşadığı, o
cümlədən Azərbaycanın kifayət qədər
diaspora təşkilatı olduğu ölkələrdən
səs ala bilmədik. Müsabiqədə bizi
kədərləndirən iki amil oldusa, bu, birincisidi.
Əvvəlcədən məlum olan
nəticə
Azərbaycana kimlər səs
verdiğ Əslində müsabiqənin bu məqamı
hər birimizi bir qədər
qüssələndirdi desək, yəqin yanılmarıq.
Müsabiqənin necə olacağı
əvvəlcədən bəlli idi. Dima Bilan birinci, ukraynalı
Anni Lorak ikinci, yunanıstanlı Kalomiro isə
üçüncü oldu. Nəticə heç kimi
təəccübləndirmədi də. D.Bilan artıq ikinci
dəfədir ki, "Eurovision"da ölkəsini təmsil
edir. Yenidən təmsil edəcəyi də istisna edilmir.
Hər halda Qərb jurnalistləri belə fikirləşir. Onu
bütün Avropa tanıyır və sevir. Buna görə
də bütün ölkələr səslərinin
böyük faizini ona verdilər.
Ukraynalı ifaçı də kifayət qədər
tanınan müğənni idi. Həm də onun həm
ifası, geyimi, təqdim etdiyi
kompozisiyası möhtəşəm idi. Ukraynalı
yaraşıqlı xanım həm ifası, həm də
gözəlliyi ilə "Eurovision"un sevimlilərindən
idi. Yunan Kalomiraya uğur gətirən onun şən,
şıltaq üslubu oldu ki, bununla da finala qədər
özünə kifayət qədər fanat toplaya bilmişdi.
"Eurovision"un nəticəsi göstərdi ki,
iştirakçılardan özünü təbliğ
etmək və sevdirmək tələb olunur. Ən vacib olan bu element isə
bizimkilərdə qətiyyən yox idi.
Elnurla-Samir ifadan sonra hara yoxa çıxırdı?
Elnurla Samir
yaxşı oxudular və hesab etdilər ki, oxumaqla da iş
bitir. Əvvəlcə yarımfinal mərhələsindən
sonra düzənlənən mətbuat konfransında
iştirak etməməklə, Azərbaycanı gülünc
vəziyyətə qoydular. Onların əvəzində
konfransda "Eurovision"un Azərbaycan
üzrə təşkilat komitəsinin rəhbəri Adil
Kərimli ilə Gövhər Həsənzadə oturdular. Jurnalistlər təmsilçilərimizin harada
olduğunu soruşarkən "onlar ingilis dilini yaxşı
bilmədiklərindən burada deyillər" deməklə,
Azərbaycanı əməlli-başlı güldürdülər.
Əvvəla, ingilis dilini örənmək o qədər
də çətin iş deyildi. Konfransı
izləyən hər bir insan düşünəcək
ki, müğənniyə ingilis dilini
öyrətmək nə çətin işdi ki, Azərbaycan
bunun öhdəsindən gələ bilmədiğ Həm də illərdir ki,
"Eurovision" keçirilir və hamıya bəllidi ki,
iştirakçılardan ingilis dilini bilmək tələb
olunur. G.Həsənzadənin yerinə ya
Elnur, ya da Samir otura bilərdi. A.Kərimli
də onların dediklərini tərcümə edərdi.
D.Bilan da ingilis
dilini çox zəif bilir. Uzun-uzadı
fikirləşdikdən sonra sözləri bir-birinə
qatışdıraraq danışsa da, onda qüsur kimi
qəbul olunmadı. Amma Azərbaycanın
təmsilçilərinin vacib məqamlarda yox olması və
ingilis dilini bilməmələrinin bəhanə
gətirilməsi, bu həqiqətən də
gülüncdü. Bunun əvəzində
daha yaxşı bəhanə fikirləşmək də
olardı. Bu bir yana qalsın. İştirakçılar nəinki mətbuat
konfransında, heç başqa vaxtlarda da
görünmədilər. Səsvermə zamanı 12 xala
layiq görülən bütün ölkələrin
təmsilçiləri canlı efirdə üzünü
ekrana tutub aldıqları səsə görə çox
şirin görünüş və mehribanlıqla
"çox sağ ol" deyirdilər. Azərbaycana
vaxt çatanda isə yenə Elnurla Samir görünmədi.
Onların əvəzinə yenə
Gövhər Həsənzadə, Adil Kərimli və
İTV-nin digər işçiləri
göründülər. Elə bil ki,
"Eurovision"da oxuyan G.Həsənzadə ilə
A.Kərimli olub. Bəlkə heç "Eurovision"un tarixində belə qəribə hal
olmamışdı ki, bunu biz etdik. Əslində
Samirlə Elnurun niyə yox olmasının əsas
səbəbini biz də bilmirik. Yalnız
onu bilirik ki, onların özlərini passiv aparması bir
çox səslərdən məhrum edilmələrinə
səbəb oldu. Təmsilçilərimizin
çıxışına gəlincə isə, onlara
yalnız təşəkkür edə bilərik. Müəyyən qüsurlar olsa da
çıxışları qənəətbəxş idi
və başqalarından seçilə bildilər.
Verilən
səslərə gəlincə, qeyd edək ki, Azərbaycana
yüksək xal yalnız Türkiyə və
gözləmədiyimiz ölkə Macarıstandan gəldi. Makedoniya
təmsilçilərimizə 10, Ukrayna 10, Belçika 7,
Bolqarıstan 3, İsrail 3, Moldova 8, Rumıniya 2, Andorra 7,
Polşa 7, Sloveniya cəmi 1, Çexiya 10, Yunanıstan 3, Litva
7 səs göndərdi. Azərbaycandan hər şeyi ucuz
qiymətə alan və Azərbaycanın
qazı ilə dolanan Gürcüstandan isə cəmi 7 səs
aldıq. Gürcüstan Azərbaycanın
yaxşılığının 12 səsi Ermənistana
verməklə necə qiymətləndirdiyini bəyan etdi.
Yəqin hamı prezident Mixail Saakaşvilinin
Azərbaycanın Gürcüstana köməyindən
danışmağını, onu çox
"qiymətləndirdiyini" deməsini xatırlayır.
Prezident Gürcüstanın çətin
vəziyyətində Azərbaycandan böyük kömək
aldığına görə, dəfələrlə
təşəkkür etmişdi. Ümumiyyətlə
"Eurovision"da gözlədiyimiz ölkələrdən
səs ala bilmədik. Gürcüstandakı
azərbaycanlılardan, İsveçdən və
Azərbaycanın diaspora təşkilatlarının çox
olduğu başqa ölkələrdən səs gözləsək
də, bu istək nəticəsiz oldu.
Azərbaycanlıların çox olduğu ölkələrdən
deyil, az olduğu ölkələrdən
səs aldıq. Onu da deyək ki, bir çox
ölkələrdəki azərbaycanlılar
müsabiqəyə bir-iki saat qalmış Azərbaycanın
da layihədə təmsil olunmasından xəbər
tutmuşdular. Azərbaycan isə Rusiyaya 8, Ukraynaya 10,
Türkiyəyə 12 xal verdi. Bu dəfə də "Eurovision"da siyasətin,
diasporanın böyük rol oynadığını
gördük. Belçika, Fransa, San-Marino, Bolqarıstan,
İsrail, Kipr, Polşa, Çexiya, Niderland, Yunanıstan,
Rusiya, Gürcüstanın dəstəklədiyi erməni
müğənnisi Siruşo güclü diaspora siyasəti
nəticəsində müsabiqənin dördüncüsü
oldu. Onun çıxışını
uğurlu da saymaq olar. Baxmayaraq ki,
Siruşonun səsi mahnı üçün kifayət deyildi,
pis oxumadı. Gözəl rəqs
hərəkətləri ilə maraqlı kompozisiya yaratdı.
Ümumiyyətlə Ukrayna, Yunanıstan və Ermənistan
təmsilçiləri demək olar ki, eyni kompozisiya ilə
çıxış etdilər. Hər
üçü də Şərq üslubuna
üstünlük verməklə ağıllı addım
atmış oldular. Demək yerinə
düşər ki, mahnıda rok və Şərq
elementləri həmişə iştirakçılara uğur
gətirib.
Siruşonun
sevgisi
Azərbaycanın
ifasında bu elementlərin olması mahnının daha effektli
alnımasına səbəb ola bilərdi.
Tək çox qısa muğam parçası
yetərli deyildi. Siruşo Şrq
elementlərini, Ukrayna mahnısını və
Azərbaycanın balaban, nağara və tütəyini
oğurlayıb, gözəl çıxış etdi. Hələ onun tütək çalınarkən
guya öz milli musiqisiylə fərəhlənməyini
demirəm. Bacarana can qurban. Bunu biz də
edə bilərik və hələ etməyə,
səhvlərimizi düzəltməyə vaxtımız var.
Azərbaycan 2009-cu ildə Rusiyada keçiriləcək
"Eurovision"da da iştirak edəcək. Rusiya artıq "Eurovision"a ev
sahibliyi etməyə hazırlığa başlayıb.
D.Bilanın "Believe" mahnısını ifa etməsi
nəticəsində Rusiya belə bir şərəfə nail
oldu və Rusiya D.Bilanı buna görə çox
qiymətləndirir. Qeyd edək ki, D.Bilanın
mahnısını uğurlu edən tanınmış skripkaçı
Edvin Marton oldu. E.Martonun canlı ifası
həqiqətən də möhtəşəm idi. Final gecəsi hətta Rusiya prezidenti Dmitri Medvedyev,
baş nazir Vladimir Putin Bilana zəng vuraraq, şəxsən
təbrik ediblər. Onu da deyək ki, Rusiya
mətbuatı D.Bilana rəqib ölkələr sırasında
Azərbaycanı da görürdü.
Rusiya
mətbuatı Ermənistandan "bəh-bəh"lə
danışdı
Rusiya mətbuatı həmçinin
yazılarında Ermənistanın
çıxışından "bəh-bəh"lə
danışıblar. Onlar hesab edirlər
ki, Surişonun Şərq stilində rəqsi, ifası və
Şərq çalğı elementləri
möhtəşəm alınıb. Azərbaycanlıların
çıxışı haqqında isə mətbuat
Siruşo qədər gözəl sözlər yazmayıb.
Mətbuatın ironiya ilə yazdığı
sətirlərdə diqqəti cəlb edən yalnız
Samirlə Elnurun duetinin dostluğu tərənnüm
etməsidi. "Day after day"in rokla
balladanın qatışığı olduğunu yazan
mətbuat mahnıda qarışıq
hərəkətlərin olduğunu yazaraq, kompozisiyadan bir
şey anlamadıqlarını göstəriblər. Rusiyanın kompozisiyanı belə yozması onlar
tərəfindən gözlənilən idi. Belə çıxır ki, Avropanın anlayaraq
bəyəndiyi muğamı hələ Rusiya eşitməyib.
Rusiyaya səs verən ölkələrin
adlarının siyahısında isə Azərbaycandan
aldıqları 8 səsin kifayət olmadığını
və bizdən daha çox səs gözlədiklərini qeyd
ediblər.
"Eurovision-2009"un Moskvada keçirməsi
planlaşdırılıb
Rusiya
mətbuatı onu da yazır ki, əcnəbilərin
"Eurovision-2009"un Sankt-Peterburqda
keçirilməsini istəməsinə baxmayaraq,
yarışmanın Moskvada keçiriləcəyi
gözlənilir.
Qeyd
edək ki, gələn il müsabiqənin
birinci yarımfinalı mayın 12-də, ikinci
yarımfinalı 14-də, finalı isə 16-da
keçiriləcək.
Olaylar.- 2008.- 27 may.- S. 16.