Sevil

 

Azərbaycanın “Eurovision”da debütü uğurlu oldu

Əbülfəs Qarayev: “Biz öz sözümüzü qətiyyətlə dedik”

Srağagün “Eurovision 2008" müsabiqəsinin yarımfinalı həmyerlilərimiz üçün uğurla başa çatdı. Azərbaycan ilk dəfə qatıldığı musiqi müsabiqəsində finala çıxdı. Xatırladaq ki, həmyerlilərimiz Elnur Hüseynov və Samir Cavadzadə cütlüyü müsabiqədə musiqisi Gövhər Həsənzadə, sözləri isə Zəhra Bədəlbəyliyə məxsus olan ”Day after day” mahnısını ifa etdilər.
“İctimai” televiziyanın informasiya dəstəyilə ölkəmizdə nümayiş olunan yarışmada həmyerlilərimizin pərəstişkarlarının kifayət qədər olduğu bildirildi. 19 ölkə arasında həmyerlilərimiz 7-ci çıxış etdi. Deyəsən, bu rəqəm doğrudan da Azərbaycan üçün düşərli oldu. Yarımfinalın aparıcıları Azərbaycanın finala çıxanlar arasında da adını 7-ci səsləndirdilər. Azərbaycanla birgə finala çıxan ölkələr bunlardır - Yunanıstan, Rumıniya, Bosniya və Hersoqovina, Finlandiya, Rusiya, İsrail, Ermənistan, Polşa, Norveç.
Onu da bildirək ki, Serbiya, Fransa, Böyük Britaniya, Almaniya və İspaniya builki finalda birbaşa çıxış etmək hüququ qazanıblar. Müsabiqənin ikinci yarımfinalı bu gün keçiriləcək. Yarışmanın finalında azərbaycanlı təmsilçilər 20-ci çıxış edəcəklər. Sıralanma püşkatma nəticəsində müəyyənləşib. Birinci Rumıniya, sonuncu Norveç ifaçılarının çıxışı olacaq.
Final mayın 24-ə təyin olunub. Qeyd edək ki, “Eurovision” 1956-cı ildən keçirilir. İlk qalib İsveçrə olub.
Mütəxəssislər Elnur-Samir cütlüyünün müsabiqədə Azərbaycanı layiqincə təmsil etdiklərini bildirirlər. Srağagün İTV- dəvət alan mütəxəssislər həmyerlilərimizin müsabiqəyə hazırlığının yüksək səviyyədə olduğunu vurğuladılar. Bəstəkarlardan Eldar Mansurov Polşa, Vaqif Gərayzadə isə Polşa ilə yanaşı Norveç Rumıniya təmsilçilərinin ifasını bəyəndilər.
İfaçılarımızla bağlı nazir Əbülfəs Qarayev öz təəssüratlarınıTrend”lə bölüşüb: “Mən hamı kimi dünən böyük maraqlaEurovision" müsabiqəsini izləyirdim. Fikrimcə, bizim musiqiçilərimizin çıxışı digərlərindən fərqlənirdi. Hiss olunurdu ki, Samir Elnur cütlüyü ciddi hazırlıq keçiblər. Bu işdə köməklik göstərən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Hər ikisi sübut etdilər ki, professional müğənnidirlər. Hesab edirəm ki, gənclərimizin qalib gəlmək şansı var. Biz öz sözümüzü həmin müsabiqədə qətiyyətlə dedik".
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin fikrincə isə azərbaycanlı təmsilçilərin yarımfinalda çıxışı  ədalətli qiymətləndirilib. Onu da bildirək ki, beynəlxalq internet saytlarında Ermənistanın adı səsvermədə ön yerləri alsa da, yarımfinalda Azərbaycanı üstələyə bilmədi. Güman edirik ki, bu, davamlı olacaq. Azərbaycanlı təmsilçilərə dəstək olanlaraYeni Müsavatolaraq biz öz təşəkkürümüzü bildiririk.
Həmyerlilərimizə uğurlar arzulayırıq!

Müsavat.- 2008.- 22 may.- S. 12.