Bayramov O.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə Ankarada bir sıra tədbirlər keçirilmişdir

 

Mayın 28-də Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Demokratik Respublikasının (ADR) 90 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirilmişdir.
Ankaranın Cəbəçi məzarlığında ADR qurucularından Məmməd Əmin Rəsulzadənin qəbirüstü abidəsinin açılış mərasimi olmuşdur. Mərasim iştirakçıları abidənin önünə əklil qoymuşlar.
Mərasimdə Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlət hökumət nümayəndələri bu abidənin açılışında ADR-in yubileyi ilə bağlı digər tədbirlərdə iştirak edirlər. Əli Həsənov demişdir ki, M.Ə.Rəsulzadə onun silahdaşları müsəlman Şərqində ilk demokratik cümhuriyyət qurmuş, bununla da xalqımızın müstəqillik ideyalarını həyata keçirmişlər.
Mərasimdə Milli Məclisin deputatı Yaqub Mahmudov, Krım Türkləri Dərnəyinin sədri Əhməd İhsan Krımlı, Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə digərləri Şərqdə ilk cümhuriyyətin yaranmasının tarixi əhəmiyyəti süquta uğramasının səbəbləri barədə danışmışlar.
Sonra, AnkaradakıDədəmanhotelindəAzərbaycan Xalq Cümhuriyyətinin 90- ili türk dünyasına toplu baxışmövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd etmişdir ki, 90 il əvvəl qurulan Azərbaycan Demokratik Respublikası Şərqdə türk dünyasında ilk demokratik xalq cümhuriyyəti idi. Mürəkkəb, ziddiyyətli daxili xarici amillərin təsiri altında cəmi 23 ay yaşamasına baxmayaraq, ADR xalqımızın dövlət qurmaq iradəsini müstəqillik əzmini ortaya qoymuşdur. Beləliklə, 70 ildən sonra Azərbaycan xalqı cümhuriyyətin bütün atributlarınıhimnini, gerbini bayrağını yenidən bərpa etmişdir. İndi, Azərbaycan xalqı elə bir zirvəyə çatmışdır ki, ADR-in qurucularının müstəqillik ideyalarını qorumağa qadirdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyasının bəhrəsi olan BakıTbilisiCeyhan neft BakıTbilisiƏrzurum qaz kəmərləri dünyada enerji təhlükəsizliyinin ilk planda olduğu bir şəraitdə təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin beynəlxalq aləmdə gücünü nüfuzunu artırmışdır. Əli Həsənov demişdir ki, qardaş ölkələrimizdə ulu öndər Heydər Əliyevinbir millət, iki dövlət böyük Mustafa Kamal AtatürkünAzərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdirmüdrik kəlamlarına əməl etməyən siyasətçilər iflasa məhkumdur.
Daha sonra, Milli Məclisin deputatı Yaqub Mahmudov ADR-in fəaliyyətindən, o zaman Azərbaycanda Türkiyədə erməni-daşnak bolşevik hücumlarına qarşı mübarizədən faktlarla bəhs etmişdir. Krım Türkləri Dərnəyinin sədri Əhməd İhsan Krımlı, Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal digərləri Türkiyə Azərbaycan xalqlarının istiqlaliyyət mübarizəsində birliyindən danışmışlar.
ADR-in 90 illik yubileyi çərçivəsində Ankaradakı Heydər Əliyev adına orta məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgi keçirilmişdir.
Axşam isə Heydər Əliyev parkında Vaqif Gərayzadənin rəhbərliyi iləAyparaqrupunun konserti olmuşdur.
Tədbirlərdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak etmişdir.

Xalq qəzeti.- 2008.- 30 may.- S. 3.