Dünən Bakı vaxtıyla
gecə saat 12-də Serbiyanın paytaxtı Belqrad şəhərində "Eurovision-2008" mahnı müsabiqəsi start götürdü.
"Belqrad Arena"dakı açılış
mərasimi uşaq xorunun "Eurovision" himnini oxunması ilə başladı. Təntənəli giriş
mərasimlərindən sonra
aparıcılar- serbiyalı
müğənni Jelko
Yoksimoviç və teleaparıcı Yovana Yankoviç uzatmadan müsabiqənin startını verdilər və birinci yarımfinalçıların çıxışları
başlandı.
Müsabiqəsinin ilk yarımfinalında 19
ölkə çıxış edirdi.
Yarımfinalçılardan ən birinci səhnəyə Çernoqoriyadan olan Stefan Filipoviç çıxdı. İsrail,
Estoniya, Moldova, San-Marino, Belçika nümayəndələrindən sonra növbə "7 nömrə"yə -ilk dəfə "Eurovision" yarışına
qatılan və yarımfinalın favoritlərindən
sayılan Azərbaycan
təmsilçilərinə çatdı. "Ağ qanadlı mələk" Elnur Hüseynov və "oturan şeytan" Samir Cavadzadə səhnələşdirdikləri "Day after day"
(söz: Zəhra Bədəlbəyli,
musiqi: Gövhər Həsənzadə) kompozisiyasını elə
bir həyəcan keçirmədən ifa etdilər. Hər halda, yarışı İctimai TV-nin ekranından izləyən
bəndənizin təəssüratı
belə oldu. 15 min nəfərlik "Belqrad Arena" da "şeytan"la "mələy"i az alqışlamadı.
Lakin bu, bizimkiləri finala çıxaracaqdımı?..
Burada qısa bir haşiyə
çıxaraq qeyd edək ki, APA-nın əməkdaşları
müsabiqə ərəfəsində
"Azərbaycan təmsilçiləri
mayın 24-də keçiriləcək finala
vəsiqə qazana biləcəklərmi" sualı
ilə paytaxt əhalisi arasında sorğu keçirmişdilər.
Sorğu iştirakçılarının
70 faizi Azərbaycanın
finala vəsiqə qazanacağına inandıqlarını
bildirmişdilər. Respondentlərin
əksəriyyəti Azərbaycanın
ilk onluğa daxil olacağını da əminliklə vurğulamışdılar. Qalan
30 faiz isə Azərbaycanın finala vəsiqə qazana bilməyəcəyini düşünürdü.
Daha sonra növbə ilə Sloveniya, Нorveç,
Polşa, İrlandiya,
Andorra, Bosniya və Herseqovina təmçilçiləri ildırım
sürəti ilə öz çıxışlarını
başa vurdular. Və növbə yetişdi Ermənistana - Siruşonun ərəb-ispan ladındakı "likör"ü erotik ifası ilə yadda qaldı. Нiderland
təmsilçisinin çıxışı
yadda qalan olmadı. Finnlərin rok qrupu iki
il əvvəl qalib gələn "Lordi" rok qrupundan pis oxumadı.
Rumıniyalıların tənbəl
ifasından sonra növbə bütünlükdə
"Eurovision-2008"in favoritlərindən
sayılan rusiyalı Dima Bilana çatdı.
Çox güman ki, "Eurovision"u qazanan ilk
rus olmaq şərəfi Bilana nəsib olmayacaq. Konkisürmə üzrə
dünya çempionu Plyuşenko havaya yerə özünü əziyyətə saldı...
Yunanıstan nümayəndəsinin
çıxışı ilə
yarımfinal bitdi.
Yeri gəlmişkən,
müsabiqə ərəfəsində
BBC telekanalı da
"Eurovision-2008" mahnı müsabiqəsində iştirak
edən ölkələrin
tuta biləcəyi yeri proqnozlaşdırmaq üçün sorğu keçirib. Sorğunun nəticələrinə görə,
1-ci yeri İsveç
tutacaq. İlk onluqda Ukrayna (2-ci ), Rusiya (3-cü), Serbiya (4-cü) və Ermənistan da (7-ci) var. Sorğuya görə, Türkiyə
14-cü, Azərbaycan isə
20-ci yerdə qərarlaşacaq.
Yəni BBC-nin proqnozuna görə, ən azından təmsilçilərimiz finala
çıxmalı idilər...
Elnur və Samirin kompoziyası rəqibləri ilə müqayisədə pis deyildi. Bəlkə də daha effektli
idi- ən azından dekorasiya, nisbətən oriжinal
bədii tərtibat, məzmun, habelə ağ qanad taxmış
mələklə qırmızı
gözlü şeytanın
dueti baxımından.
Səsləri də yetərincə diqqəti cəlb edəcək səviyyədə idi. Avropa tamaşaçısı
bundan təsirlənəcəkdimi?..
19 təmsilçinin çıxışları
başa çatdıqdan
sonra gərgin dəqiqələr başladı:
Nədənsə qoltuğunda
futbol topu boyda tennis topu
tutan serbiyalı tennisçi Novak Cokoviç səslərin
sayılmasının startını
verdi. Xatırladaq ki, Azərbaycan vətəndaşları mayın
20-də yarımfinalda,
24-də isə final mərhələsində
(əgər bu mərhələyə çıxarıqsa)
səs vermək hüququna malikdirlər. Vətəndaşlarımızın təmsilçilərimizə səs göndərməyi
qeyri-mümkündür. Ölkəmizdə
fəaliyyət göstərən
bütün mobil operatorlarının abunəçiləri
səsvermədə iştirak
edə və hər nömrədən
20 SMS (Bir SMS-in qiyməti 50 qəpikdir) göndərə
bilərdilər. Azərbaycan
vətəndaşları öz
təmsilçimizdən başqa
ilk yarımfinalda çıxış edən
18 ölkəyə 8440 SMS kodu
ilə səs verə bilərlər.
Qeyd edək ki, yarımfinal mərhələsində səslər
gizli toplandığı
üçün 19 ölkədən
hansının necə
səs verdiyi bəlli olmadı - finala çıxan 10 dövlətin təmsilçilərinin
adları çoxdan-aza
doğru elan edildi. Və Azərbaycanilk cəhddən
finala çıxdı!!!
Beləliklə, finala
çıxan ilk onluq: Yunanıstan, Rumıniya, Bosniya və Hersoqovina, Finlandiya, Rusiya, İsrail, AZƏRBAYCAN, Ermənistan,
Polşa və Norveç.
Xatırladaq ki, ikinci yarımfinal mayın 22-də, final isə mayın 24-də Bakı vaxtıyla gecə saat 12-də keçiriləcək.
Müsabiqənin digər
yarımfinalından da
10 ölkə finala vəsiqə qazanır. Serbiya müsabiqənin təşkilatçısı, Fransa, Böyük Britaniya, Almaniya və İspaniya isə təsisçisi kimi birbaşa finalda çıxış
etmək hüququ qazanıblar.
Finalda necə olacaq? Təbii ki, çətin olacaq. Yarımfinaldakı sıralanma (elə də fərqlənməyən
yunan təmsilçinin
adının birinci səslənməsi) göstərdi
ki, hamı eyni şeyi görür, amma hər kəsin fərqli fikri olur. Məsələ yalnız sadəcə zövqdə deyil. Baxmayaraq ki, bu da əsas
şərtdir. Məsələn,
ekspert Vüsal Məmmədova görə,
Avropa tamaşaçısını
təəccübləndirmək lazımdır, bunu isə bütün radiodalğaları dolduran
orta səviyyəli rokla etmək çətin ki, mümkün olsun. Bu, Çexovun sözü olmasın, Parisə öz arvadınla getmək kimi bir şeydir...
Digər tərəfdən,
"hamının gördüyü
eyni şey"ə "siyasi eynək"lə və ya dini
prizmadan baxmaq da var. Bir
çox ekspertlərə
görə, son illər "Eurovision"
mahnı müsabiqəsi
siyasiləşib, mədəniyyət
işi olmaqdan çıxıb. Adətən
bu müsabiqədə
son illər qonşu qonşuya səs verir və ya Avropada
diasporu güclü ölkə fərqlənə
bilir. Diasporumuz isə Avropada sayca o qədər
də çox deyil və ya
mütəşəkkil deyil.
Ystəlik, bununla bağlı bildiyimizə görə, iş də aparılmayıb.
Bundan başqa, müsabiqədə son illər bir xristian təəssübkeşliyi
də özünü
göstərir. İndiyədək
bir dəfə müsəlman ölkənin
- Türkiyənin təmsilçisi
Sərtab Erener bu yarışda qalib çıxıb. Burada onun səsinin
payı qədər Avropadakı türk diasporunun dəstəyi də öz sözünü demişdi.
Əksər hallarda isə xristian ölkələri öz məzhəblərindən olan
müğənninin qalib
gəlməsinə daha
çox meyl edirlər.
Ekspress.- 2008.-
21 may.- S. 3.