Arif Qazıyev 70 yaşı qeyd etdi

 

Tanınmış rejissor Arif Qazıyev yaradıcısı olduğu məkanda - Muğam Teatrında 70 illik yubileyini təntənə ilə qeyd etdi. Yubilyarı təbrik etməyə bir çox tanınmış sənət adamları - Aygün Kazımova, Röya, Aygün Bayramova, Elza Seyidcahan, Zeynəb Behbudova, Elnur, Səbinə İlyasova, Könül Kərimova, Cavanşir Məmmədov, Firuzə İbadova, Fədayə Laçın, Xuraman Şuşalı və başqaları gəlmişdilər. Demək olar ki, əvvəldən sonadək toy əhval-ruhiyyəsində keçən gecə orientalçı rəqqasənin çıxışı ilə bitdi. Tanınmamış olsa da, o, göbək rəqsi ilə çoxlarını cuşa gətirdi. Hətta Aygün Kazımova və Könül Kərimova onun sinəsinə dollar basaraq təkrar ortalığa dəvət etdilər.

 

Reytinq.- 2008.- 25 may.- S. 16.