Kərim O.

Teatr tamaşaçı axtarışına başlayıb

Bu gün fəaliyyət sahəsindən asılı olmayaraq, hər kəs ənənəviçilikdən qaçmaq, nəsə yenilik etmək, bununla da özünün avanqard ideyalarını sərgiləmək istəyir. Bu proses sürətləndikcə şaxələnir nəticədə düşüncələr arasındakı zəncir qırılır. Müxtəlif sosial-psixoloji amillərin toqquşmasının yaratdığı bu aşınmanın səbəblərindən biri müasirliyə kortəbii meyllilikdir. Müasirlik isə öz növbəsində, problemdir. Odur ki, yaradıcı insanlar dialektik inkişafda olan gerçəkliyin nəbzini tutmağı bacarmalı, buradakı aparıcı ideyanı mənimsəməli bu ideyanı yüksək emosional obrazlar sistemi vasitəsilə təcəssüm etməyə qadir olmalıdır. Çünki müasir dünyada sənət iki yolla qavranılır. Birincisi kütləvi mədəniyyətə mənsubdur. Burada qavrama prosesi sadə səthidir. Yəni, yüngül əsər yüngül qavrama tələb edir kütləyə zövq verməklə kifayətlənir. İkincisi isə izləyicisindən dərin qavrayış, gərgin zehni əmək, yüksək intellektual-estetik hazırlıq, fərqli düşüncə tərzi tələb edir. Sonda məhz ikinci növ əsər öz izləyicisinə xüsusi zövq verir, onu düşündürür.

Bu kontekstdən çıxış etdikdə teatrın daha şanslı olduğu qənaətinə gəlirik. Çünki bu sahə daim geniş kütlələrə - səviyyə düşüncə tərzindən, ideya hansı sosial zümrəyə mənsubluğundan asılı olmayaraq, daim geniş elitar sferaya xidmət edir. Məhz bu halda teatr-tamaşaçı münasibətlərində uğurlu dialoq alınır. Sadəcə, ənənəvi teatrşünaslıqdan fərqli olaraq biz teatrı canlı, axıcı, dinamik proses kimi səciyyələndirməliyik. Burada geniş yaradıcı həlqənin sonuncusu - tamaşanın qavranma prosesi mərhələsi əsasdır. Çünki bazar iqtisadiyyatı, texniki sıçrayış televiziyalar insanların əlindən ən tərbiyəvi, ən maraqlı estetik vasitə olan teatrallığı alır onu düşünməkdən vaz keçirən, etik-estetik ekskurslara imkan verməyən yüngül əyləncəyə sövq edir.

Hazırda teatrın qarşısında duran əsas məsələ tamaşaçı uğrunda mübarizədir. Bu həm ictimai-siyasi problem olduğundan, onu özbaşına, xaotik-sadədil axının ixtiyarına buraxmaq olmaz. Ona görə bu gün teatrşünaslıq da mübariz olmalıdır. Əsl sənət, geniş anlamda, Vətən vətəndaş uğrunda mübarizəyə qoşulmalıdır. Bir ona görə ki, bu gün teatr sırf estetik zövq mənbəyi çərçivəsindən çıxaraq, ictimai-psixoloji, daha geniş anlamda götürdükdə - ümummilli məsələyə çevrilib.
Bütün zamanlarda bu məfkurənin daşıyıcısı olan teatr təməl prinsiplərdən uzaq düşüb. Düzdür, bu heç teatrın kütləvi təfəkkürə təsirinin itməsi, ümumi mənəvi-psixoloji tərbiyə mənbəyi olması funksionallığından tam ayrı düşməsi anlamına gəlmir. Amma hər halda, teatr öz missiyasını yerinə yetirməkdə çətinlik çəkir bu proses göz önündədir. Cəmiyyətdəki sosial-mənəvi problemlərin fonunda teatrla tamaşaçı arasında uçurum yaranır. Tamaşaçıya ünvanlamağı, təsir etməyi bacarmayan teatr disfunksiya vəziyyətinə düşür. Heç nəyə xidmət edə bilməyən teatr isə heç kimə lazım deyil. Ağır da olsa, deməliyik ki, teatrların qəbul etmək istəmədiyi bu problem bizdə daha qabarıqdır. Bu, heç parlaq ideyaların, çəhrayi xəyalların üstündən xətt çəkmək kimi, boz düşüncə kimi qəbul edilməsin. Əksinə, bu, problemə ünvanlı baxışdır. Birbaşa, görmək istədiyini axtaran baxış.

Teatr mütəxəssislərimizin məsələ ilə bağlı irəli sürdükləri müxtəlif "şünaslıq" fikirlərini bir kənara qoysaq, apaydın bir mənzərə görünür: teatr kütlə üçün yox, müəyyən qrup üçün profilləşib. Amma istədiyini tapmadığından həmin qrup da teatrdan uzaqlaşmaqdadır. Nəticədə "özünü itirən" teatr tamaşaçı axtarışına başlayıb. Ekvivalent ideya, ürəklərə yol əvəzinə, tamaşaçı axtarışı üçün baş sındıran teatr isə təbii ki, heç kimə lazım deyil.

 

"Dərviş" beynəlxalq festivala "Ev"lə qatılacaq

Mayın 28-dən iyunun 1-dək Amsterdamda keçiriləcək qısametrajlı filmlərin beynəlxalq festivalında Azərbaycan da iştirak edəcək. Bu film yarışmasına ölkəmizdən "Dərviş" Prodüsser Mərkəzinin istehsal etdiyi "Ev" filmi qatılacaq. Rejissor Asif Rüstəmin verdiyi məlumata görə, bu film Roterdam beynəlxalq film festivalında da iştirak edib.

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə gənc rejissorlar arasında keçirilən "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində lentə alınan 33 dəqiqəlik "Ev" filmində əsas rolları aktyorlar Rasim Cəfərov, Təranə Əliyeva, Nəzifə Nəbiyeva, Emin Seyfullayev, Telman Əliyev, Şahin Həsənov, Yalçın Səlimov ifa edib. Ekran əsərinin operatoru Adil Abbasov, rəssamları Rafiz İsmayılov, Rafiq Nəsirov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüserlər Aynur Mustafayeva Əlisa Cabbarovdur."Ev" filmi İsveçrənin Friburq şəhərində keçirilən beynəlxalq kinofestivalda bu yaxınlarda Kubada keçirilən beynəlxalq film festivalında "Ən yaxşı qısametrajlı film" nominasiyasına layiq görülüb. Filmi Fransanın "Kanal+" İsveçin ictimai kanalı satın alıb yaxın iki ildə ekran əsərinin yayım hüququ məhz bu ölkələrdə olacaq.

 

Xalq cəbhəsi.- 2008.- 22 may.- S. 10.