Dövlət
rəmzlərimiz
Maddə 23. Azərbaycan
dövlətinin rəmzləri (Konstitusiya maddəsi)
1. Azərbaycan
Respublikasının dövlət rəmzləri Azərbaycan
Respublikasının Dövlət Bayrağı, Azərbaycan
Respublikasının Dövlət Gerbi və Azərbaycan
Respublikasının Dövlət Himnidir.
Dövlət
Bayrağı
Azərbaycanda
üçrəngli dövlət bayrağı 1918-ci il noyabr
ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin
28-də xalq cümhuriyyəti süqut etdikdən və sovet
hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina
edilmişdir.
Bu bayraq ikinci
dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin qərarı ilə
bərpa edilmiş və muxtar respublikanın dövlət
bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan
SSR Ali Soveti qarşısında üçrəngli
bayrağın Azərbaycanın rəsmi dövlət
rəmzi kimi tanınması haqqında vəsatət
qaldırmışdır.
1991-ci il fevral
ayının 5-də Azərbaycan Respublikası Ali Soveti
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə
baxmış və üçrəngli bayrağın
Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi
haqqında qərar vermişdir.
Azərbaycan
Respublikasının Dövlət Bayrağı bərabər
enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq
mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl
rəngdədir, Mavi rəng - Azərbaycan xalqının
türk mənşəli olmasını, qırmızı
rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf
etdirmək istəyini, yaşıl rəng - islam
sivilizasiyasına mənsubluğunu ifadə edir.
Qırmızı zolağın ortasında bayrağın
hər iki üzündə ağ rəngli aypara ilə
səkkizguşəli ulduz təsvir edilmişdir.
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Azərbaycan
Respublikasının Dövlət Gerbi
Azərbaycanın
Dövlət Gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan
etmiş və müsabiqədən keçəcək gerb
nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi
haqqında qərar çıxarmışdır. Lakin 1920-ci
il aprel ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin süqut etməsi nəticəsində
gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın
17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Dövlət Gerbi ilə bağlı məsələni
müzakirə edərək, Azərbaycan SSR Ali Soveti
qarşısında Azərbaycanın Dövlət Gerbinin
hazırlanması üçün yeni müsabiqənin elan
olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il
fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin
qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər
ərzində müsabiqəyə Dövlət Gerbinin onlarla
layihəsi təqdim olunmuş, müzakirələr zamanı
1919-1920-ci illərdə hazırlanmış
layihələrdən birinin qəbul edilməsi ilə
bağlı təkliflər də səslənmişdir.
Azərbaycan
Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da
qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə
hazırlanmış Dövlət Gerbi layihələrindən
birini müəyyən dəyişikliklərlə Azərbaycan
Respublikasının Dövlət Gerbi kimi təsdiq
etmişdir.
Azərbaycan
Respublikasının Dövlət Gerbi Azərbaycan
dövlətinin müstəqilliyi rəmzidir. Dövlət
gerbi palıd budaqlarından və sünbüllərdən
ibarət qövsün üzərində yerləşən
şərq qalxanının təsvirindən ibarətdir.
Qalxanın üstündə Azərbaycan Respublikasının
Dövlət Bayrağının rəngləri fonunda
səkkizguşəli ulduz, ulduzun mərkəzində alov
təsviri vardır.
Dövlət Gerbinin
qabarıq təsviri:
Azərbaycan
Respublikası Prezidentinin iqamətgahına və xidməti
kabinetinə;
Azərbaycan
Respublikası parlamentinin binasına, iclas salonuna və parlament
sədrinin xidməti kabinetinə;
Azərbaycan
Respublikasının bütün məhkəmələrinin,
hərbi tribunallannın binalarma, məhkəmə
iclaslarının salonlarına, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi
sədrlərinin xidməti kabinetlərinə;
Azərbaycan
Respublikası qanunvericiliyində nəzərdə tutulmuş
hallarda dövlət orqanlarmın binala-rma;
Azərbaycan
Respublikasının diplomatik və ticarət
nümayəndəlik-lərinin, konsulluq idarələrinin binalarına
vurulur.
Azərbaycan
Respublikasının Dövlət Himni
1920-ci il yanvarın 30-da
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası
cürnhuriyyətin milli himninin hazırlanması haqqında
qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə
elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin
süqutu Azərbaycanın milli himnini qəbul etməyə
imkan vermədi.
1992-ci il mayın
27-də parlament "Azərbaycan Respublikasının
Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna
əsasən, 1919-cu ildə böyük bəstəkar
Üzeyir Hacıbəyov və şair Əhməd Cavad
tərəfindən tərtib edilmiş "Azərbaycan
marşı" Azərbaycanın Dövlət himni kimi
təsdiq edildi.
Musiqisi: Üzeyir Hacıbəyovun,
sözləri: Əhməd Cavadındır
Azərbaycan,
Azərbaycan!
Ey qəhrəman
övladın şanlı Vətəni!
Səndən
ötrü can verməyə cümlə hazırız!
Səndən
ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli
bayrağınla məsud yaşa!
Minlərlə can qurban
oldu,
Sinən hərbə
meydan oldu!
Hüququndan
keçən əsgər!
Hərə bir
qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can
qurban!
Sənə min bir
məhəbbət
Sinəmdə tutmuş
məkan!"
Namusunu hifz
etməyə,
Bayrağını
yüksəltməyə,
Cümlə gənclər
müştaqdır!
Şanlı
Vətən, şanlı Vətən!
Azərbaycan,
Azərbaycan!
Mədəniyyət.- 2008.- 28 may.- S. 3.