Mürvətqızı S.

 

Gəncə Dövlət Dram Teatrında Kişi və Qadına ictimai baxış olub

 

Mayın 20-də zəngin ənənələrə malik Gəncə Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Əli Əmirlinin "Kişi Qadın" tamaşasına ictimai baxış keçirildi. İctimai baxışda Gəncə ziyalıları, şəhərin sənət mədəniyyət adamları, eləcə teatrsevərlər iştirak edirdilər. Tamaşaya teatrın rejissoru, əməkdar incəsənət xadimi Vaqif Şərifov quruluş verib. Beş personaj üzərində qurulmuş tamaşada teatrın aparıcı aktyorlarından xalq artisti Pərvanə Qurbanova (Emma), əməkdar artist Ramiz Vəliyev (Cəmil), gənc aktyor İlham Hüseynov (Əvəz), gənc aktrisalar Şəfa Qədirova Kəmalə Məmmədova rol alıblar. Tamaşanın bədii tərtibatı Vahab Cəfərovun işidir.
   Bütün zamanlar üçün aktual sayılan kişi qadın münasibətlərindən, onların qarşılıqlı məhəbbətindən, bu məhəbbət fonunda əksər hallarda qaçılmaz olan ailə münaqişələrindən, sədaqət xəyanət məsələlərindən bəhs edən səhnə əsəri maraqlı, gözlənilməz hadisələr, komik, dramatik, bəzən ironik vəziyyətlərlə zəngindir. Pyesdə təqdim edilən mənəvi-əxlaqi problemin rejissor tərəfindən uğurlu həlli quruluşdakı yüksək səhnə mədəniyyəti, peşəkarcasına işlənmiş dəqiq mizanlar, tamaşa boyu səslənən musiqi teatrsevərlər tərəfindən razılıqla qarşılandı.
   Pyesin müəllifi Əli Əmirli ilə söhbətimiz zamanı tamaşanın ictimai baxışından aldığı təəssüratla maraqlandıq. "Kişi Qadın"ın Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulan ilk əsəri olduğunu bildirən müəllif həmişə bu teatrla işləməyi, belə maraqlı kollektivlə işbirliyi qurmağı arzuladığını vurğuladı. İlk təşəbbüsün teatrın rejissoru Vaqif Şərifovdan gəlib. Ə.Əmirli təklifə məmnuniyyətlə razılıq verib: "Mayın 16-da Vaqif Şərifov mənə telefon açıb premyeraya dəvət edəndə təəccüblənməkdən daha çox, sevindim. Tamaşaya qoyulan əsərimin "Kişi Qadın" olduğunu biləndə isə sevincim ikiqat artdı. Çünki bu pyes xüsusilə çox sevdiyim əsərlərimdəndir". Sözügedən əsərin ilk dəfə Dövlət Gənclər Teatrında mərhum rejissor Hüseynağa Atakişiyevin quruluşunda səhnəyə çıxdığını deyən Ə.Əmirli Gəncə Dövlət Dram Teatrında tamaşaya baxdıqdan sonra apardığı müqayisənin nəticələrinin ürəkaçan olduğunu bildirdi: "Doğrusu, qorxum vardı. Amma elə ilk epizoddan sonra tamaşaya məmnuniyyətlə baxmağa başladım. Rejissorun savadlı, səliqəli işindən, əsərə yeni məzmun gətirən yozumundan çox razı qaldım. Tamaşanın mədəni səviyyəsi diqqəti xüsusən cəlb edirdi". Aktyorların yaradıcı işini ayrıca qeyd edən müəllif Pərvanə Qurbanovanın, İlham Hüseynovun, Ramiz Vəliyevin geniş aktyorluq imkanlarına malik sənətkar olduqlarını, gənc aktyorların da oyunundan razı qaldığını dilə gətirdi. Ə.Əmirli Gəncə Teatrı ilə bundan sonra da əməkdaşlıq edəcəyini, məşhur "Əli Nino"nun motivləri əsasında işlədiyi eyniadlı pyesi sözügedən teatra verəcəyini açıqladı.

 

 525-ci qəzet.- 2008.- 24 may.- S. 32.