Xalq teatrlarının
baxış-müsabiqəsinin 2-ci turu başa çatıb
Bu günlərdə Abdulla Şaiq adına Dövlət Kukla Teatrında Xalq Teatrlarının 1-ci ümumrespublika baxış-müsabiqəsinin 2-ci turuna
yekun vurulması ilə əlaqədar mükafatlandırma mərasimi
keçirilib. Tədbirdə
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin paytaxt və bölgə teatrlarının yenidən
qurulmasına göstərdiyi
diqqət və qayğıdan danışıb.
Nazir baxış-müsabiqədə ölkəmizin
11 bölgəsindən 44 xalq
teatrının 400-ə
yaxın üzvünün
iştirak etdiyini bildirib. Ə.Qarayev bu müsabiqənin keçirilməsində
əsas məqsədin
xalq yaradıcılığının
inkişafı, mədəniyyət
müəssisələrinin işinin daha səmərəli təşkili,
gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb
edilməsi, bölgələrdə
əhalinin teatr sənətinə marağının artırılması
olduğunu söyləyib.
Müsabiqənin birinci
turu martın 24-dən aprelin 18-dək regionlarda keçirilib və ikinci tura 14 kollektiv vəsiqə qazanıb. Aprelin 22-dən 25-dək isə II turun qalibləri müəyyənləşdirilib.
Qalibləri 5 nəfərdən
ibarət münsiflər
heyəti seçib.
Mərdəkan qəsəbəsinin N.Gəncəvi
adına mədəniyyət
evinin xalq teatrının tamaşası
I yeri tutub. Kollektiv 1-ci dərəcəli
diploma layiq görülüb. Şərur
rayonunun Rza Təhmasib adına xalq teatrı 2-ci yeri tutub. Masallı
rayonunun N.Gəncəvi
adına xalq teatrı isə 3-cü yerin sahibi olub.
Mükafatlar qaliblərə
nazir Ə.Qarayev tərəfindən
təqdim olunub. Mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva və
nazirliyin sektor müdiri Əlikram Əliyev isə müxtəlif nominasiyalar üzrə baxış-müsabiqənin qaliblərinə
diplom, xatirə hədiyyəsi və pul mükafatları veriblər. 2-ci turda iştirak edən bütün kollektivlər
baxış-müsabiqənin
diplomları ilə təltif olunublar. Sonda birinci yerə
layiq görülmüş
Mərdəkan qəsəbəsinin
N.Gəncəvi adına
xalq teatrının kolektivi tədbir iştirakçıları qarşısında
tamaşa ilə çıxış edib.
525-ci qəzet.- 2008.- 1 may.- S. 7.