Samirə

 

Mehdi Məmmədov-90

 

Axtarışlarla şübhələri eyni zamanda yaşayan korifey

 

İrihəcmli romanlar qələmə alması ilə seçilən Süleyman Rəhimov haqqında Səməd Vurğunun dediyi "o, ədəbiyyatımızın ağır artilleriyasıdır" ifadəsini, daha dolğun məna yükünə söykənərək tam məsuliyyətlə Mehdi Məmmədovun teatr sənətimizin inkişafından ötrü gördüyü işlərin, özündən sonra qoyub-getdiyi sənətə hər hansı güzəştsiz, kompromissiz yanaşma cəhətinin örnək nümunəsi olaraq sanbalı barəsində də söyləmək olar. Onun hətta ölümünün qənim kəsildiyi yerini bilməyən istedadsızların qisas cavabı olduğunu qəbul edənlər var. Mehdi Məmmədov 1918-ci il may ayının 23- Azərbaycanın sənət "beşiyi" olan qədim Şuşa şəhərində dünyaya gəlib. Papaqçılıq sənəti ilə məşğul olan Əsədulla kişinin Sayalı xanımın tələbkarlıqla qayğıkeşliyi düzgün uzlaşdırmağı bacaran valideyn tərbiyəsi altında böyüyüb boya-başa çatan gələcəyin SSRİ xalq artisti 1922-ci ildə ailəsi ilə birlikdə Bakıya köçür. Orta təhsilini ana dilində alır. Yeddiilliyi bitirdikdən sonra Teatr Texnikumuna daxil olmaq istəyir. Lakin texnikumun direktoru qəbul komissiyasının sədri Hacıağa Abbasov onu tələbələr sırasına qəbul etmir, deyir ki, "hələ balacasan, bir az böyüyəndə gələrsən". Lakin özünü bütünlüklə sənətə həsr etmək yanğısı gənc M.Məmmədova rahatlıq verə bilməzdi. dostunun məsləhəti ilə İşçi Teatrının rejissoru Həbib İsmayılovun yanına gəlir. O, gəncin teatra həvəsinin ötəri olmadığını görür, yeniyetmə M.Məmmədovun gur, yapışıqlı səsi öz təsir gücünü göstərir. Beləliklə, Həbib İsmayılov onu İşçi Teatrının yardımçı heyətinə qəbul edir. Bir müddətdən sonra isə M.Məmmədov Teatr Texnikumunun tələbəsi olur. Artıq yuxarı kursda H.İsmayılov ona məsləhət görür ki, əsas diqqətini təhsilə yönəltsin. 1935-ci ildə Mehdi Məmmədov ali təhsil almaq həvəsi ilə Moskvaya üz tutur. Rus dilini bilməməsi onun şərti olaraq Moskva Teatr İnstitutuna qəbul edilməsinə maneçilik törətmir. O, rus dilini mənimsəməyə elə səylə girişir ki, səhhəti bu gərginliyə dözmür Mehdi Məmmədov xəstəxanaya düşür... Stanislavskinin tələbəsi N.İ.Qorçakovun kursunda oxuyan M.Məmmədov tez bir zamanda qabaqcıl tələbələr sırasına daxil olur. Rus dilini isə elə mənimsəyir ki, tələbələr arasında keçirilən qiraət müsabiqələrində qalib elan edilir. SSRİ-nin baş teatr institutunda dünya teatr təcrübəsinə öz töhfələrini vermiş, təsir göstərmiş pedaqoqların, sənətkarların mühitində aldığı mükəmməl təhsil Moskva Bədaye Akademik Teatrının yaradıcısı Nemiroviç-Dançenkonun yanında keçdiyi təcrübə, nəhayət, özünəxas fəhm, duyum, qavrama tərzi ona imkan verdi ki, 1940- ilə qədər teatrımızda bərqərar etdiyi fəlsəfi-psixoloji üslubuna sadiq qalsın. Teatrşünas İlham Rəhimlinin "Sənətdə keçən ömür" kitabından öyrənirik ki, sənətşünaslıq doktoru, müxtəlif illərdə Akademik Dram Teatrında, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında, Opera Balet Teatrında baş rejissor, direktor müavini vəzifələrində çalışmış, uzun illər İncəsənət İnstitutunun rejissor sənəti kafedrasının müdiri, Dövlət Universitetinin estetika-etika kafedrasının professoru olmuş, neçə-neçə kitabın, monoqrafiyanın müəllifi olan Mehdi Məmmədov özünün rejissor yaradıcılığını şərti olaraq 3 dövrə bölürdü: "İkinci institut dövrü, "Axtarışlar dövrü", "Şübhələr dövrü". Sonuncu dövr haqqında ustad sənətkar müsahibələrinin birində belə söyləyib: "Elmi işimlə əlaqədar 1963-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının baş rejissoru vəzifəsindən uzaqlaşmalı oldum. O vaxtdan bəri yaradıcılığıma şübhələr dövrü kimi baxıram. Düzdür, axtarışlarım olub, ancaq özüm-özümə şübhəylə yanaşmışam. Hiss etmişəm ki, məni daxilən silkələyən, qəlbimi riqqətə gətirən problemləri səhnədə bütünlüklə tamaşanın canına hopdura bilməmişəm. Hətta bəzən hər şeyi təzədən, teatr sənətinin əlifbasından başlamaq istəyirəm. Buna görə institut məni çox çəkir, tələbələrə dərs deyə-deyə özüm öyrənirəm, sanki həvəsim enerjim artır". Bizim üçün isə hər hansı şübhədən çox-çox uzaq olaraq bir mətləb tam aydındır: Mehdi Məmmədovun quruluş verdiyi "Dəli yığıncağı", "Xəyyam", "Canlı meyit", "Aydın", "Od gəlini", "Leyli Məcnun", "Toska" digər səhnə əsərləri (tamaşaları yox) teatr sənətimizin "qızıl dövrü", səhnəmizin heç vaxt paslanmayacaq inciləridir.

 

Həftə içi.- 2008.- 23 may.- S. 8.