Quliyeva A.

 

Azərbaycan aktyor və rejissorları tatarıstanlı həmkarlarından xeyli üstündür

 

Bu yaxınlarda Azərbaycan Akademik Milli Dram Teatrını təmsil edən bir qrup nümayəndə heyəti Tatarıstanın Kazan şəhərindən səfərdən qayıdıb. Bununla bağlı həmin səfərdə iştirak etmiş respublikanın xalq artisti Nurəddin Mehdixanlı ilə görüşüb, səfər və ümumiyyətlə, Azərbaycan teatrının bugünkü vəziyyəti haqqında söhbətləşdik.
       - Təxminən 1 il öncə Tatarıstanın Kamal Akademik Teatrı Azərbaycanda səfərdə olmuşdu.
Onların həmin səfərinə cavab olaraq keçən ayın 16-da Milli Dram Teatrı respublikalararası müqavilə əsasında Tatarıstanın teatr şəhəri sayılan Kazanda 40 nəfərlik heyətlə işgüzar səfərdə oldu. Tatarıstanda bizə olduqca isti münasibət göstərdilər. Hələ hava limanında bizi qarşılamağa gələnlər arasında Tatarıstandakı Azərbaycan diasporu Tatarıstanın mədəniyyət nazirliyinin nümayəndələrilə yanaşı, şəxsən baş nazirin müavini başqa rəsmi dövlət məmurları da var idi. Səfər çərçivəsində rejissor Bəhram Osmanovun quruluş verdiyi, Əli Əmirlinin "Mesenat" Elçin Əfəndiyevin "Arılar arasında" tamaşaları ilə çox uğurlu çıxışlar etdik. Hər iki tamaşa anşlaqla keçdi.
   - Tamaşanı izləməyə gələnlər daha çox kimləriydi?

   
- Zalda daha çox azərbaycanlılara, tatarlara ruslara rast gəlinirdi. Ona görə tamaşa rus dilinə tərcümə olunurdu. Tamaşadan öncə Tatarıstan mətbuatı televiziyaları bizim səfərimiz barədə məlumat yaymışdı. Ürəkaçan məqamlardan biri o oldu ki, əgər birinci gün bizi izləyən tamaşaçılar ancaq Kazanda yaşayan əhaliydisə, ikinci gün hətta Kazan şəhərindən 120-150 kilometr uzaqda yaşayan insanlar da tamaşaya baxmağa gəlmişdilər. Tamaşadan sonra Tatarıstanın mədəniyyət naziri bizi 7 nəfərlik heyətlə qəbul etdi hər iki tamaşa haqqında çox yüksək fikirlər söylədi. Həmçinin nazirlik tərəfindən teatrımız mükafatlandırıldı. Eyni zamanda səfər zamanı Tatarıstanın Kamal adına Akademik Teatrı ilə qarşılıqlı əlaqələrimiz quruldu. Azərbaycan Milli Dram Teatrı təmirdən çıxan kimi Kamal adına Akademik Dram Teatrının Bakıya səfər etməsi planlaşdırılıb.

   - Necə düşünürsüz, Azərbaycan Kazan teatrları arasında kimi fərqlər var?

   
- Bu gün Azərbaycan cəmiyyətinin teatr haqqında düşüncələrində yerində olmayan bir fikir formalaşıb. Çoxları hesab edir ki, bizdə bu sahə lazım olan səviyyədə deyil. Amma hər dəfə bizim qastrol səfərlərimiz bunun əksini deyir. Ona görə mən tam məsuliyyətlə deyə bilərəm ki, peşəkarlıq baxımından Azərbaycan aktyoru rejissoru tatarıstanlı həmkarlarından xeyli üstündür. Bunu tamaşadan sonra Kazanda təşkil olunan iclasda Kamal adına Teatrın yaradıcı heyəti təsdiqlədi. Amma təkcə peşəkar aktyor rejissor işi teatrın yüksək səviyyəsindən xəbər vermir. Əgər səfərdə olduğumuz Kazan şəhərinin teatrları ilə Azərbaycan teatrlarını müqayisə etsək, görərik ki, bizdə teatra qayğı, maraq olduqca azdır. Təsəvvür edin ki, əhalisi ərazisi Bakıdan kiçik olan Kazan şəhərində 16 teatr fəaliyyət göstərir. bu teatrların hər birinin zalları hər axşam tamaşaçı ilə tam dolur. Demək olar ki, bütün teatrların üstündə böyük hərflərlə "bilet yoxdur" sözləri yazılır. Biz orada teatra olan qayğıdan çox təəccüblənmişdik. Bir hadisəni danışmaq istərdim. Kazanda tamaşadan əvvəl teatrın həyətinə yaxınlaşırdım. Uzaqdan gördüm ki, fəhlə geyimində bir neçə nəfər teatrın ətrafında təmizlik işləri ilə məşğuldur. Onların arasında eyni işi görən bir nəfər kostyumlu nisbətən yaşlı insan diqqətimi çəkdi. Yaxınlaşanda məlum oldu ki, bu şəxs həmin teatrın direktorudur Kazan şəhərində olduqca hörmətli insanlardan biridir. Mənə elə gəlir ki, təkcə bu fakt Tatarıstanda teatra olan yüksək münasibətin, qayğının sübutudur. təbii ki, bu qayğının nəticəsi yüksəkdir. Kamal adına Teatrı Azərbaycan teatrlarından fərqləndirən başqa bir cəhət o odur ki, tatar tamaşaçısı daha səliqəlidir. Biz orada çıxış edən zaman zalda təsadüfi tamaşaçı görmədik. Yəni, hiss etmək olurdu ki, bileti təsadüfən almış insanlar üçün yox, tamaşanı izləməyə 2-3 gün əvvəlcədən hazırlaşan tamaşaçı üçün çıxış edirik. həmin insanlar da, sözsüz ki, tamaşanı daha diqqətlə izləyirdilər.

   - Tamaşaçının səhnə əsərinə münasibətini nədən müəyyən edirsiniz?

   
- Aktyor səhnədə tamaşaçı ilə üzbəsurət çıxış edir asanlıqla tamaşanın atmosferindən, salondakı rəngdən bunu müəyyənləşdirə bilər. Bizdə tamaşanın başlamasına 1-2 dəqiqə qalmış hələ kimsə yerini axtarır, kimsə ayaq üstə olur, kimsə hələ gəlib çıxmamış olur. Amma Kazanda tamaşanın başlanmasına 10 dəqiqə qalmış zalda elə bir sükut var idi ki, elə bil zal boşdu. Amma əslində bir dənə boş yer yox idi. Bunun nəticəsi olaraq tamaşa vaxtı tamaşaçıyla asanlıqla əlaqə yaranırdı.

   Bundan başqa, Tatarıstan aktyorlarının maddi-sosial təminatları bizdən qat-qat yüksəkdir. Təsəvvür edin ki, orada teatra təzəcə qədəm qoyan gənc təcrübəsiz aktyorun maaşı bizim 30 illik təcrübəsi olan xalq artistlərinin maaşıyla eynidir. Eyni zamanda bizdə texniki təchizat da bərbad haldadır. Texniki avadanlıqlarımız 40-50-ci illərin istehsalıdır. Amma Kazan teatrlarında hər şey kompyuter sistemiylə idarə olunur. İnanırıq ki, Milli Dram Teatrımız təmirdən çıxandan sonra bizdə aktyorlar üçün normal şərait yaradılacaq. Amma teatrdakı şərait qədər yüksək olsa da, həmin teatrda qədər gözəl aktyorlar çalışsalar da, mütləq reklama da ehtiyac var. Bu gün Bakıda teatrların öz binalarının qarşısından başqa şəhərin başqa hansısa yerində reklam xarakterli afişalar asılmır. Amma Kazanın bütün mərkəzi küçələrində çox gözəl tərtibatda, yaxşı işıqlandırılmış, hündürlüyü 7, eni isə 5 metrə çatan böyük afişalarla rastlaşmaq olar. Mən inanıram ki, əgər bizdə belə reklamlar gedərsə, mütləq teatra gələn insanların sayı artar ona münasibət dəyişər. Doğrudur, bu gün teatra gələn tamaşaçıların azlığını sosial problemlərlə əlaqələndirirlər. Amma mən bununla qətiyyən razı deyiləm. Çünki əgər yerli ya xaricdən gələn müğənnilərin konsert proqramlarına nəzər salsaq, görərik ki, biletlərin qiymətlərinin çox baha olmasına baxmayaraq, bir dənə boş yer tapılmır. Eyni zamanda, problem doğuran məsələlərdən biri Azərbaycan tamaşaçısının teatra yalnız əyləncə kimi baxmasıdır. Amma əslində teatr daha çox ideoloji bir silahdır. Teatra gəlməklə tamaşaçı müəyyən qədər xalqının tarixinə nəzər salır, keçmiş geyimləri barədə məlumat alır, əfsanəsindən, qəhrəmanından xəbəri olur. Bunlar da normal vətəndaşın formalaşması üçün çox vacib şərtlərdir. Amma bu o demək deyil ki, mən biz şou-biznesin, estradanın inkişafının əlehinəyəm. Qətiyyən. Sadəcə düşünürəm ki, bütün sahələr eyni səviyyədə inkişaf etməlidir. Bir xalqı ancaq şou-biznes əhli formalaşdıra bilməz. Amma mən optimistəm düşünürəm ki, gələcək bütün bu problemlər yavaş-yavaş öz həllini tapacaq. Artıq hər kəsə məlumdur ki, ölkə prezidentinin göstərişi ilə bu yaxınlarda teatrımız təmirə bağlanır. Bu isə artıq Milli Dram Teatrının müəyyən problemlərinin həlli deməkdir.

 
525-ci qəzet.- 2008.- 15 may.- S. 7.