Cümhuriyyət xadimlərinin Gəncədə qarşılanması
tablosunun təqdimatı Rəssamlar
İttifaqının təşkilatçılığı
ilə baş tutdu
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə
Rəssamlar İttifaqının üzvi Arif Məmmədovun "Cümhuriyyət xadimlərinin Gəncədə qarşılanması" tablosunun təqdimat mərasimi və cümhuriyyət xadimlərinin varisləri ilə görüş
keçirildi.Tədbirdə
Məmməd Əmin Rəsulzadə, Fətəlixan Xoyski, Şıxlınski və digərlərinin Azərbaycanın tarixində əvəzsiz xidmətlərindən bəhs
olundu. Tədbirin təşkilatçısı Rəssamlar İttifaqı və Cavadxan adına "Tarix və Mədəniyyət"
Fondu idi. Tədbiri giriş sözü ilə açan Firdovsiyyə Əhmədova tabloda
əks olunan tarixi şəxsiyyətlərin həyat
və yaradıcılığından söhbət
açdı. Tədbirdə
çıxış
edən Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov ərsəyə gələn bu layihə haqqında söhbət
açaraq bildirdi ki, belə
bir tablonun yaranması haqqında
ideya Cavadxan adına "Tarix və Mədəniyyət" Fondun direktoru və Cavadxanın varisi İmran Ziyadxanlıdan gəldi: "Arif
Məmmədovla birgə
bu ideya işlənildi və hazırlandı. Bunun hazırlanmasında əsas
məqsəd odur ki, qarşıdan Azərbaycan Cümhuriyyətinin 90 illiyi gəlir və
bu münasibətlə cümhuriyyət xadimlərinin görüşlərini layihə şəklində təqdim etmək
istədik. Qeyd edək ki, tədbirdə yuxarıda adları qeyd olunan
cümhuriyyət xadimlərinin varisləri də iştirak
edirdilər.
Üç nöqtə.- 2008.- 27 may.- S. 13.