Opera Balet Teatrının səhnəsindəQu gölübaleti

 

Paytaxtımızın qonağı Anna Doroş Avropanın mötəbər səhnələrində uğurla çıxış edir

 

Azərbaycan Dövlət Opera Balet Teatrının səhnəsində klassik balet sənətinin ən dəyərli nümayəndələrindən biri - P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası oynanılacaq.
   Teatrın mətbuat xidmətindən aldığımız məlumata əsasən, mayın 24- baş tutacaq tamaşada sənətsevərləri maraqlı bir sürpriz gözləyir. Belə ki, onlar "Qu gölü" baletinin qəhrəmanları Odetta-Odilliya Şahzadə Ziqfrid rollarında dünya baletinin ulduzları - Anna Doroş Yan Voynanın ifası ilə tanış olacaqlar.
   Xatırladım ki, A.Doroş Ukraynanın xalq artisti, Ukrayna Dövlət Akademik Opera Balet Teatrının solistidir. Bununla yanaşı, o, Avropanın ən mötəbər opera balet teatrlarının səhnələrində uğurla çıxış edir. A.Doroş balet artistlərinin bir çox beynəlxalq müsabiqələrinin iştirakçısı dörd müsabiqənin "Qran-pri" mükafatı qızıl medalının sahibidir. O, həmçinin, Almaniya, Avstriya, İtaliya, Yaponiya, Fransa ABŞ-da keçirilən klassik balet festivallarının çoxsaylı fəxri mükafatlarına layiq görülüb.
   Bu, ukraynalı balet ulduzunun bakılı baletsevərləri ilə ilk görüşü deyil. O, ötən illərdə iki dəfə şəhərimizdə qonaq olub "Qu gölü" tamaşasında parlaq çıxışı ilə tamaşaçıları heyran edib. Balet truppamızın imkanlarına artıq bələd olan sənətçilərimizin peşəkar səviyyəsini yüksək qiymətləndirən A.Doroş Azərbaycan balet ustaları ilə birlikdə çıxış etməyin ona böyük zövq verdiyini, teatr rəhbərliyinin qonaqpərvərliyini vurğulayıb budəfəki dəvəti böyük məmnuniyyətlə qəbul edib.
   Tamaşada A.Doroşun tərəf-müqabili - Şahzadə Ziqfrid rolunu isə çexiyalı balet ulduzu, Praqa Opera Balet Teatrının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Y.Voyna ifa edəcək.
   "Qu gölü" baletinin tamaşasında, həmçinin, Azərbaycan Opera Balet Teatrı balet truppasının solistləri, əməkdar artistlər Gülağa Mirzəyev, Rimma İsgəndərova, Kamilla Hüseynova, Yuri Lobaçov, Yelena Skomoroşenko, aparıcı solist Samir Səmədov da çıxış edəcəklər. Tamaşanı xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək.

 

Səs.- 2008.- 15 may.- S. 12.