Əliyev Ə.


Avropa Parlamentində Azərbaycan incəsənət ustalarının konserti olmuşdur

 

Azərbaycanın Belçikadakı səfirliyindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, Heydər Əliyev Fondunun dəstəyi və Avropa Parlamentinin Almaniyadan olan türk əsilli deputatı Cem Özdəmirin himayəsi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, ölkəmizin Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyi 28 May - Respublika Günü münasibətilə mayın 29-da Brüsseldə Avropa Parlamentinin binasında ilk dəfə olaraq Azərbaycan incəsənət ustalarının konsertini təşkil etmişlər.
Konsertdən əvvəl səfir Emin Eyyubov tamaşaçıları salamlamış Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat vermişdir.
Konsert proqramını Bakı Xoreoqrafiya Məktəbinin şagirdlərindən ibarət rəqs qrupu açmış milli rəqslərimizi ifa etmişdir. Sonra müğənni Sevda Ələkbərzadə, Emil İbrahim, Ruslan Hüseynov Tofiq Cabbarovun müşayiəti ilə Azərbaycan caz musiqilərini ifa etmişdir. Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Belçikanın rəsmi qurumlarının ictimaiyyətinin nümayəndələri, Avropa Parlamentinin əməkdaşları, Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri təmsilçiləri, Belçikada yaşayan soydaşlarımız Azərbaycanlı Tələbələrin Avropa Forumunun toplantısına gəlmiş iştirakçılar konserti maraqla izləmişlər.
Azərbaycan Respublikasının Belçika Krallığında Lüksemburq Hersoqluğundakı səfirliyi 28 May - Respublika Günü münasibətilə silsilə tədbirləri davam etdirir.
Səfirlik Brüssel şəhər meriyası arasında razılığa əsasən, mayın 28 29-da Belçikanın ən məşhur abidələrindən biri olan şəhərin mərkəzində yerləşən "Maneken Pis" abidəsi Azərbaycan milli geyimi ilə bəzədilmişdi.
Səfirliyin əməkdaşları abidəyə tamaşa edən yerli əhaliyə turistlərə milli geyimlə bağlı izahatlar Azərbaycan haqqında ətraflı məlumat vermişlər.

Azərbaycan.- 2008.- 31 may.- S. 7.