Xalq Cümhuriyyətinin
yubileyi münasibətilə
simfonik musiqi axşamı keçirilmişdir
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan
Xalq Cümhuriyyətinin
90 illik yubileyi ilə əlaqədar simfonik musiqi axşamı keçirilmişdir.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, 90 il əvvəl - 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə
ilk demokratik respublikadır. Lakin o, cəmi 23 ay yaşamışdır.
Müstəqil respublikanın 90 illik yubileyinə həsr olunmuş konsertdə Fəxrəddin
Kərimovun dirijorluğu
ilə Üzeyir Hacıbəyovun "Koroğlu"
operasından uvertüra,
Soltan Hacıbəyovun
"Karvan" simfonik
lövhəsi və Oqtay Zülfüqarovun
"Şənlən, mənim
xalqım" uvertürası
səsləndirilmişdir.
Konsertin ikinci hissəsində isə əməkdar incəsənət
xadimi Yalçın Adıgözəlovun dirijorluğu
ilə Qara Qarayevin "İldırımlı
yollarla" baletindən
süita və Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"
tamaşaçılara təqdim
olunmuşdur.
Konsert maraqla qarşılanmışdır.
Azərbaycan.- 2008.- 28 may.- S. 14.