Xalq Cümhuriyyətinin 90 illik
yubileyi qeyd edilmişdir
Mayın 23-də Beynəlxalq Mətbuat Mərkəzində
qeyri-hökumət təşkilatları - Dünya
Azərbaycanlıları Mədəniyyət
Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzi
(SİM) Azərbaycan Xalq
Cümhuriyyətinin 90-cı
ildönümünə həsr
olunmuş birgə tədbir keçirmişlər.
Tədbirdə Dünya Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin
rəhbəri, xalq şairi Söhrab Tahir, SİM-in sədri Rasim Məmmədov və Azərbaycan Ali İctimai-Siyasi Universitetinin
rektoru Rasim Nəbiyev çıxış
edərək cəmi
23 ay yaşamış
Xalq Cümhuriyyətinin
şərəfli tarixindən
danışmış,
onun varisi, bu gün
inamla addımlayan müstəqil respublikamızın
beynəlxalq miqyasda özünəməxsus layiqli
yer tutmasında xalqımızın müdrik
oğlu, yeni müstəqil Azərbaycan
dövlətinin banisi
və qurucusu, dünya şöhrətli
siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini
xüsusi vurğulamışlar.
Onlar 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın yaradıldığını qeyd
etmiş, bu dövlətin Azərbaycan
dilinin dövlət dili elan edilməsi,
milli ordunun yaradılması sahəsində
gördüyü işləri
yüksək qiymətləndirmişlər.
Natiqlər müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin qurulmasında
və inkişafında,
onun beynəlxalq aləmdə tanınmasında
ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini, dahi rəhbərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən
əzmlə həyata
keçirildiyini vurğulamışlar.
Sonda hər iki qurum arasında
iş birliyi ilə əlaqədar bəyanat qəbul olunmuşdur.
Bəyanatda qeyd edilmişdir ki, hər iki qeyri-hökumət təşkilatının
iş birliyi onların təsdiq olunmuş fəaliyyət proqramlarının uyğun
cəhətləri əsasında
yaradılır.
Azərbaycan.- 2008.- 25 may.- S. 5.