Mehparə
Cümhuriyyət
dövründə mədəniyyət
Mövcud olduğu az bir
müddətdə Azərbaycan Xalq Cümhuriyyəti
mədəniyyət sahəsinə xüsusi diqqət yetirib.
Azərbaycan xalqının görkəmli, qabaqcıl
ziyalılarının uzun illər milli məktəblərin
yaradılması uğrunda apardıqları mübarizə
rnəhz bu dövrdə reallaşıb. Azərbaycan Xalq
Cümhuriyyəti xalqın maariflənməsinə xüsusi
diqqət yetirirdi. Ona görə də təşkil edilən
ilk hökumətin tərkibində Xalq Maarif Nazirliyi təsis
edildi və ilk xalq maarif naziri Nəsib bəy Yusifbəyli təyin
olundu.
O dövrdə yeni
yaranmış bir müstəqil dövlətin təhsilli
milli kadrlara çox ehtiyacı var idi. Ona görə də
hökumət 1918-ci il avqustun 28-də xalq maarifinin,
məktəblərin milliləşdirilməsi haqqında
qərar qəbul etdi. Həmin qərara görə
bütün ibtidai tədris müəssisələrində
təhsil şagirdlərin ana-türk (Azərbaycan) dilində
aparılırdı. Rus dilində tədris aparılan
siniflərdə də Azərbaycan dilinə məcburi fənn
kimi həftədə 3-4 saat ayrılırdı.
Respublikada milli
müəllim kadrlarına da böyük ehtiyac var idi. Ona
görə də ibtidai siniflər üçün
müəllim hazırlamaq məqsədilə Bakı,
Gəncə, Şuşa, Qazax və başqa
şəhərlərdə xüsusi pedaqoji kurslar
təşkil edildi. Qori Müəllimlər Seminariyasının
Azərbaycan şöbəsi 1918-ci ildə Qazağa
köçürüldü və o, tezliklə
fəaliyyətə başladı. Bakı, Gəncə və
Şəkidə fəaliyyət göstərən
"Nina" qızlar məktəbinin adı
dəyişdirilərək qız gimnaziyaları
adlandırılmaqla yanaşı, yeddi kişi gimnaziyası
açıldı.
Artıq 1919-cu ilin
əvvəllərində Azərbaycanda 23 orta ixtisas və 637
ibtidai məktəb fəaliyyət göstərirdi. 1919-20-ci
tədris ilində orta təhsil
müəssisələrində 9611 şagird təhsil
alırdı.
Azərbaycanın bir
çox şəhərlərində qısa müddətli
pedaqoji kursların şəbəkələri genişləndirildi.
Bu kurslarda dərs demək üçün Türkiyədən
50 nəfər müəllim dəvət olundu. Azərbaycan
(türk) dilində dərsliklərin hazırlanması və
nəşri üzrə komissiya yaradıldı. Komissiyanın
üzvləri Hüseyn Cavid, Mahmudbəy Mahmudbəyov, Abdulla
Şaiq, Camo Cəbrayılbəyli və başqa
ziyalılarımız bu sahədə böyük
işlər görürdülər.
Təqdirəlayiq
haldır ki. Azərbaycan hökuməti yaşlılar
arasında savadsızlığın ləğv edilməsi
sahəsində də müəyyən işlər
görürdü. 1919-ci ilin payızında Azərbaycanın
bütün qəzalarında yaşlılar üçün
türk (Azərbaycan), dilində axşam kursları
təşkil edildi. AXC hökuməti xalqımızın
öz tarixinin öyrənməsinə də xüsusi
diqqət yetirirdi. Bütün məktəblərdə Azərbaycan
tarixinin, ədəbiyyatının tədrisi üçün
müəyyən tədbirlər görüldü.
Mətbuatın
inkişafı ən ümdə məsələ idi
Azərbaycanda türk
(Azərbaycan) dilində ilk böyük kitabxananın
açılması da Cümhuriyyət dövrünə
təsadüf edir. 1919-cu ilin mart açıldı.
Azərbaycanda milli muzeyin - "İstiqlal" muzeyinin
açılıışı 1919-cu il dekabrın 7-də
oldu. Bu muzeyin açılışı
mədəniyyətimizin tarixində böyük hadisə idi.
Muzeydə tariximizi, dinimizi əks etdirən eksponatlar -
məişət əşyaları, silahlar, əlyazmalar,
Quranın əlyazması da toplanmışdı. 1920-ci ilin
əvvəllərində Maarif Nazirlyi nəzdində arxeologiya
şöbəsi yaradılmışdı. Azərbaycan
hökuməti öz fəaliyyəti dövründə
mətbuatın inkişafına da xüsusi diqqət verirdi.
1919-20-ci illərdə Bakı, Gəncə və digər
şəhərlərdə bir çox qəzet və jurnallar
nəşr olunurdu. Dövlətin rəsmi orqanı kimi
"Azərbaycan" qəzeti nəşr olundu. Qəzet
əvvəlcə Gəncədə, Azərbaycan
hökuməti Bakıya köçdükdən sonra isə Bakıda
çap olunurdu. Qəzet Azərbaycan və rus
dillərində çıxırdı. Qəzetin
türkcəsinin redaktoru Ceyhun və Üzeyir Hacıbəyli
qardaşları, ruscasının redaktoru isə Şəfi
bəy Rüstəmbəyli idi. Azərbaycan qəzeti ilə
bərabər "İstiqlal", "Açıq
söz" və b. qəzetlər nəşr olunurdu.
Azərbaycan xalqını öz istiqlalının əldə
etməsi ədəbi mühitdə də böyük
canlanmaya səbəb olmuşdu. Şair və
yazıçılarımızın
yaradıcılığında vətənpərvərlik
ruhu güclənirdi. İstiqlal uğrunda mübarizəni
özündə əks etdirən əsərlər meydana
gəldi. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil
Məmmədquluzadə, Əhməd Cavad, Cəfər
Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla
Şaiq, Əliabbas Müznib və b. görkəmli
ədiblərimiz öz əsərləri ilə milli ruhun
oyanmasına kömək edirdilər. O dövrdə yaranan
əsərlərin aparıcı ideyası istiqlal və
Azərbaycançılıq idi. Bu dövrdə Hüseyn
Cavidin "Şeyx Sənan", Məhəmməd Hadinin
"Eşq ilahəsi" çap olunmuşdu. Cəfər
Cabbarlı Bakının türk qoşunları tərəfindən
azad edilməsinə həsr etdiyi "Bakı müharibəsi"
pyesini yazmışdı. O, Azərbaycan istiqlaliyyətini
"Azərbaycan bayrağı" şeiri ilə alqışlamışdı.
Cəlil Məmmədquluzadənin "Anamın
kitabı", "Kamança" pyesləri də o
dövrün məhsullarıdır.
Bu dövrdə
Azərbaycan mədəniyyətində baş verən
dəyişikliklər irəliləyişlər teatrın
inkişafına da təkan vermişdi. Xalqın milli mənlik
şüurunun formalaşmasında teatrın rolunu qiymətləndirən
Azərbaycan hökuməti Mailov qardaşlarının
teatrını Maarif Nazirliyinin tabeliyinə vermişdi. Ceyhun
və Üzeyir Hacıbəyli qardaşları tərəfindən
Bakıda teatr truppası yaradılmışdı. Truppada
Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə
Şərifzadə, Mirzağa Əliyev kimi böyük
sənətkarlar çalışırdılar. Bakıda
Hüseyn Ərəblinskinin rəhbərliyi altında
Azərbaycan Dövlət Teatrı fəaliyyətə
başlamışdı. Teatrda oynanılan əsərlərin
çoxu xalqın qəhrəmanlıqla dolu
keçmişini, türk dünyasının
əzəmətini əks etdirirdi. Cəfər Cabbarlının
"Bakı müharibəsi", "Yulduz", yaxud
"Trablis müharibəsi" kimi tarixi əsərləri
tamaşaya qoyulmuşdu. 1918-20-ci illərdə Üzeyir
Hacıbəyovun "O olmasın, bu olsun",
"Arşın mal alan", Əbdürrəhimbəy
Haqverdiyevin "Bəxtsiz cavan", Namiq Kamalın "Akif
bəy" yaxud "Namus" əsərləri də
oynanılmışdı.
Azərbaycan
hökuməti ölkədə kinematoqrafiyanın
inkişafına da xüsusi diqqət verirdi. 1919-cu ildə
Bakıda 16 kinematoqraf vşr idi. 1919-cu ildə ilk
rəssamlıq studiyası yaradıldı. Studiyanın üzvü
Bəhruz Kəngərli öz tablolarında əsasən
erməni təcavüzü zamanı yurd-yuvalarından
qaçqın düşmüş qadın və uşaqların
ağır vəziyyətlərini təsvir edirdi. O,
qaçqınlar mövzusuna aid böyük rəsm
qalereyası yaratmışdı.
Göründüyü
kimi. Azərbaycan Xalq Cümhuriyyəti öz
varlığı dövründə mədəni-maarif
işinin yüksəlişinə qayğı ilə
yanaşmış və onun inkişafı üçün
mühüm tədbirlər görmüşdü.
Mədəniyyət.- 2008.- 28 may.- S. 5.