Mükərrəmoğlu M.
Azərbaycan Xalq Cümhuriyyətinin
90 illik yubileyinə həsr olunmuş elmi konfrans
Mədəniyyət və
Turizm Nazirliyi və Milli Elmlər
Akademiyası Şərqdə
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik
yubileyinə həsr olunmuş birgə elmi konfrans keçirdilər.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti M.Kərimov açdı.
O, qeyd etdi ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması
tariximizin parlaq və şanlı səhifələrini təşkil
edir. Sonra çıxış üçün
söz mədəniyyət
və turizm naziri Ə.Qarayevə
verildi. Nazir qeyd etdi ki,
Azərbaycan xalqının
tarix boyu apardığı azadlıq,
istiqlaliyyət mübarizəsi
1918-ci ildə öz bəhrəsini vermiş, Azərbaycan xalqı müstəqil dövlətini
yaratmışdır. Zamanın axarında
özünün dövlətçilik
ənənələrini qoruyub
saxlayan Azərbaycanın
vətənpərvər və
qeyrətli övladları
yetişmiş şəraitdən
istifadə edərək
xalqımızın tarixi
haqqını qaytarmaq
təşəbbüsünü irəli sürdülər.
Tarix göstərdi ki, xalqın vətənpərvər oğulları
zamanın axarından
baş çıxara
bildi. Daha sonra nazir qeyd
etdi ki, XX əsrin sonunda da millətinə, xalqına dayaq olan lider – Heydər
Əliyev Azərbaycanı
ağır vəziyyətdən
çıxardı, vətənimizin
müstəqilliyini möhkəmləndirdi.
Dövlətçilik ənənələrimizin
yaşadıcısı olaraq
ümummilli lider Heydər Əliyev beynəlxalq miqyasda Azərbaycanın mövqelərini
möhkəmləndirdi. Bu
gün Azərbaycan uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyətinə
əsaslanaraq əminliklə
demək olar ki, ulu öndərimiz
Heydər Əliyevin siyasi kursunun davam etdirilməsində yeni bir mərhələnin
başlanğıcı qoyulmuşdur.
Bu gün YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın səyi nəticəsində
Azərbaycan mədəniyyəti
gənc istedadlarımız
tərəfindən Parisdə,
Strasburqda və Brüsseldə Cümhuriyyətin
90 illiyinə həsr olunmuş tədbirlərdə
iştirak edirlər.
Elmi konfransda AMEA-nın müxbir üzvi Yaqub Mahmudov, iqtisad elmləri namizədi Xosrov Kərimov, sənətşünaslıq
doktoru, professor İsrafil İsrafilov, filologiya elmləri doktoru, professor Alxan Məmmədli, filologiya elmləri doktoru Sayalı Sadıqova, tarix elmləri namizədi, dosent Lətifə Məmmədova mövzu ətrafında məruzə
etdilər.
Xalq qəzeti.- 2008.- 28 may.- S. 10.