Pekində 28 May Respublika
Günü qeyd olunmuşdur
Azərbaycan Xalq
Cümhuriyyətinin 90 illiyi münasibətilə
ölkəmizin Çin Xalq Respublikasındakı (ÇXR)
səfirliyi tərəfindən Pekinin “Swissotel”
mehmanxanasında təntənəli ziyafət təşkil
edilmişdir.
Azərbaycanın ÇXR-dəki səfiri
Yaşar Əliyev dövlətimizin xarici siyasətinin dünyanın
bütün ölkələri
ilə dostluq və əməkdaşlıq
münasibətlərinin inkişaf
etdirilməsinə yönəldiyini
qeyd etmiş, ölkəmizin dünyada enerji təhlükəsizliyinin
təmin olunmasına böyük töhfə verdiyini diqqətə çatdırmışdır.
Azərbaycan ilə Çinin
ikitərəfli əlaqələrinə
toxunan səfir, Azərbaycanın Çini
özünə dost hesab etdiyini bildirmiş, ölkəmizin
Çin ilə müxtəlif sahələrdə
əməkdaşlığının genişləndirilməsinə böyük
əhəmiyyət verdiyini
vurğulamışdır.
Tədbirdə qonaqlara səfirliyin
nəzdində fəaliyyət
göstərən “Şuşa”
Mədəniyyət Mərkəzi
tərəfindən hazırlanmış
Azərbaycan tarixini və mədəniyyətini
əks etdirən filmin diskləri, kitablar, jurnallar və şəkillər, o cümlədən “Azərbaycan nağılları”
adlı kitablar paylanmışdır.
Ziyafətdə Çin Kommunist
Partiyası Mərkəzi
Komitəsinin Beynəlxalq
İdarəsi rəisinin
müavini Çen Fensyan, Çin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
Ley İnçen və cəmiyyətin sədr müavini Can Qotsyan, ÇXR Xarici İşlər, İqtisadiyyat, Mədəniyyət,
Təhsil nazirliklərinin
məsul işçiləri,
Çinin aparıcı
şirkətlərinin rəhbərləri,
Çində akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri,
yerli və xarici kütləvi informasiya vasitələrinin
əməkdaşları, Pekində
təhsil alan azərbaycanlı tələbələr
və iş adamları iştirak etmişlər.
Xalq qəzeti.- 2008.- 27 may.- S. 7.