Şirvanda Xalq Cümhuriyyəti yad edilib
Şirvan şəhərinin mərkəzi
kitabxanasında Azərbaycan
Xalq Cümhuriyyətinin
90 illik yubileyi münasibətilə “Azərbaycan
Xalq Cümhuriyyətinin
tarixi bu günkü Azərbaycanın
şərəfli tarixidir”
mövzusunda seminar keçirilib. Xəbəri
Mədəniyyət və
Turizm nazirliyinin mətbuat xidməti yayıb.
Tədbiri giriş
sözü ilə şəhər kitabxanasının
direktor müavini S. Qarayev açıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud
olduğu 23 ay müddətində həyata
keçirdiyi islahatlar
və dövlətçilik
ənənəsi haqqında
geniş məlumat verib. Seminarda şəhər ziyalıları,
kollec tələbələri,
habelə ictimaiyyət
nümayəndələri iştirak
ediblər.
Tədbir zamanı
iştirakçılar arasında
diskussiyalar keçirilib.
Şəhər mərkəzi
kitabxanasında Azərbaycan
Xalq Cümhuriyyətinə
həsr olunmuş kitab sərgisi də təşkil olunub.
Gün.- 2008.- 23 may.- S. 14.