Samirə

 

“Ad günü”ndən sonra Darispanın iztirabları

 

David Uplisaşvili: "Heydər Əliyevin sözü ən böyük kompliment idi"

 

Xəbər verdiyimiz kimi, noyabrın 3-dən Tbilisinin Şota Rustaveli adına Dövlət Akademik Dram Teatrının Bakıda qastrol səfəri başlayıb. Zəmanəmizin görkəmli rejissoru Robert Sturuanın 70 illik yubileyi Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin təşkil etdiyi "Beynəlxalq Teatr günləri" layihəsinin bir hissəsi olaraq baş tutan qastrol səfəri ayın 8-dək davam edəcək. Bu günlər ərzində metrin 3 səhnə əsəri teatrsevərlərə hədiyyə ediləcək. Bunların sırasında "O, insandırmı?" (müəllif İ.Çavçavadze), "Darispanın iztirabları" (müəllif D.Kldioşvili) "Hamlet" (müəllif V.Şekspir) kimi tamaşalar var. Qastrola gələn böyük nümayəndə heyətinin tərkibində milli kinematoqrafımızın klassik nümunələrindən olan "Ad günü" filmində Əli obrazını yaratmış David Uplisaşvili var.

Aktyor Azərbaycan KİV- bunları söylədi: "Bakı haqqında çox gözəl təəssüratlarım qalıb. İndi gözümün qarşısında çoxlu dəyərli xatirələr canlanır. Məsələn, sınaq çəkilişlərində iştirak etməyim, sonra Əli roluna təsdiq olunmağım çəkiliş meydançasında böyük rejissor mərhum Rasim Ocaqovla, görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovla tanışlığım, bir müddətdən sonra onlarla dostlaşmağım doğrudan da unudulmazdır. Bildiyiniz kimi, bizim birgə işimiz Azərbaycanın ən böyük mükafatı olan dövlət mükafatına layiq görüldü. Mərhum prezidentimiz Heydər Əliyev özü məni təltif etdi dedi: "Mən heç bilmirdim ki, sən gürcüsən. azərbaycanlını çox yaxşı canlandırmısan". Bu, çox böyük kompliment idi".

D.Uplisaşvili onu da dedi ki, Tbilisidə həmişə olduğu kimi, bu gün mədəni həyat qaynar dövrünü yaşayır. Yalnız kino sahəsi, nədənsə, donub. Yalnız aşağı keyfiyyətli seriallar çəkilir.

Bir neçə ay öncə o, truppa ilə birlikdə "ÜNS" Yaradıcılıq Səhnəsində başqa bir tamaşa ilə bakılıların görüşünə gəlmişdi. Dünən D.Uplisaşvili "O, insandırmı?" səhnə əsərində baş rollardan birini ifa etdi. D.Uplisaşvili əgər dəvət olarsa, kinomuzda bir daha azərbaycanlı obrazını canlandırmağa məmnuniyyətlə razı olacağını da dedi.
   

Həftə içi.- 2008.- 5 noyabr.- S. 8.