Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının prezidenti Ellen Tisen Azərbaycan Milli Kitabxanası i tanış olmuşdur

 

AzərTAc xəbər verir ki, Bakıda işgüzar səfərdə olan Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının prezidenti xanım Ellen Tisen noyabrın 25-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası ilə tanış olmuşdur.

Kitabxananın direktoru Kərim Tahirov bu elm ocağının tarixi, strukturu, fəaliyyəti, kitab fondu barədə ətraflı məlumat vermiş, qonağı başçılıq etdiyi qurumla tanış etmişdir. E.Tisen oxucu zallarına baxmış, şöbələrin fəaliyyəti ilə tanış olmuşdur. Kitabxananın fəaliyyətindən, oxuculara xidmətin səviyyəsindən razı qalan xanım Ellen musiqi şöbəsinin fəaliyyəti barədə məlumatı xüsusi maraqla qarşılamışdır. Kərim Tahirov bildirmişdir ki, şöbədə Azərbaycan, o cümlədən dünya klassiklərinin vallarının əksəriyyəti artıq disklərə köçürülərək oxucuların ixtiyarına verilmişdir. Onlar burada istədikləri əsərləri dinləyib onlar barədə lazımi məlumatları ala bilərlər.

Kərirn Tahirov ölkəmizdə bu elm ocağının xanım Ellenin başçılıq etdiyi quruma üzv olan iki kitabxanadan biri olduğunu diqqətə çatdıraraq, onun beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.

Xanım E.Tisen Milli Kitabxananın yaradılmasının 85 illik yubileyi çərçivəsində burada yaradılmış sərgiyə də maraqla tamaşa etmişdir. "Musiqi tariximizin qızıl fondu", "Kitabxanamızın inciləri", "Yubiley təbrikləri", "85 il xalqın xidmətində" bölmələri, burada çalışanların əl işlərindən ibarət "Əməkdaşlarımızın yubiley töhfələri" sərgisi qonaqda məmnunluq hissi yaratmışdır.

E.Tisen kitabxana və onun fəaliyyətindən razı qaldığını bildirmişdir.

 

Azərbaycan.- 2008.- 26 noyabr.- S. 8.