“Teatr bu gün və sabah”
mövzusunda dəyirmi masa
keçirildi
Dünən
Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
mədəniyyət münasibətləri üzrə elmi
metodiki mərkəzin təşkil etdiyi "Teatr bu gün
və sabah" mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri
giriş sözü ilə fəlsəfə elmləri doktoru,
mədəniyyətşünaslıq üzrə elmi-metodiki
mərkəzin direktoru Vilayət İsmayılov açaraq, Azərbaycan
milli teatrının inkişaf prespektivlərindən, teatra
göstərilən böyük dövlət qayğısından
danışdı. Sonra AMEA-nın müxbir üzvü,
sənətşünaslıq direktoru, professor İnqilab
Kərimov "Azərbaycanda peşəkar teatr
sənətinin inkişaf inkişaf istiqamətləri"
mövzusunda məruzə ilə çıxış etdi.
"Yeni
teatr epoxası astanasında" adlı məruzə ilə
çıxış edən sənətşünaslıq
namizədi Zəminə Axundova teatr haqqında qanunun qəbul
olunmasından sonra milli teatrımızda olan köklü
dəyişiklərin inkişafına nəzər saldı. O bildirdi ki, teatr haqqında qanun ölkəmizdə
XXI əsrin mədəni həyatında böyük
yüksəliş dövrünü yaratdı. Ölkə
prezidenti İlham Əliyev cənablarının teatrların
bərpası ilə bağlı imzaladığı 2007-ci il
9 fevral tarixli sərəncamı Kukla Teatrının, Rus Dram
Teatrının, Azərbaycan Milli Dram Teatrının,
Opera və Balet Teatrının, Şuşa teatrının
və digər teatrın əsaslı təmir olunmasına
gətirib çıxardı.
Milli
teatrımızın inkişafında və
təşəkkül tapmasında Azərbaycanın
görkəmli aktyorlarının böyük əməyi
və rolu olmuşdur. Teatr sənətinin
inkişafında böyük rolu olan aktyorlarımızın
hər birinin qarşısında baş əyirik - deyən
Zəminə Axundova bu simaların
yaradıcılığının dövlət
tərəfindən layiqli şəkildə
qiymətləndirildiyini də nəzərə çatdırdı.
Bu gün teatr haqqında qanun müasir qloballaşma
dövründə teatrın texniki və bədii cəhətdən
inkişafında təşəkkül tapdı. Teatr
insanların dünyagörüşünə böyük
təsir göstərir. Teatrda, eyni zamanda, islahatların
aparılmasının zəruriliyini vurğulayan Zəminə
Axundova, bu baxımdan teatrşünasların
üzərinə böyük məsuliyyət
düşdüyünü qeyd etdi.
Tədbirdə
çıxış edən yazıçı-dramaturq
Əli Əmirli qeyd etdi ki, teatrlarda pyeslərin uğur
qazanması, onun uğurlu repertuarından asılıdır. Yəni,
klassik, eyni zamanda, müsir dramaturqların yeni
əsərlərinə səhnə həyatını
professional rejissorlar verməlidir. Zamanın
sınağından çıxmış böyük
dramaturqlar C. Məmmədquzadənin, V.Şekspirin
əsərləri yeni quruluşda
səhnələşdirilməlidir. Bəzən belə bir
fikir səsləndirilir ki, tetrlarımızda inkişaf yoxdur.
Bu yanlış fikirdir. Teatrın inkişafı
üçün teatr mühiti yaradılmalıdır.
Tamaşaçılarda böyük maraq yaradaraq, böyük
tamaşaçı auditoriyasının yaradılması
mütləqdir. Bu mənada, əksərən gənclərin
teatra cəlb olunması zəruridir.
Böyük
diskussiya şəraitində keçən tədbirdə
teatrşünaslar, rejissor və aktyorlar tərəfindən
müxtəlif fikirlər səsləndirildi.
Qeyd
edim ki, tədbirdə Şuşa Dövlət Dram
Teatrının direktoru, əməkdar artist Yadigar Muradov,
yazıçı-dramaturq,prezident
təqaüdçüsü, "Humay" və Y.Səmədoğlu
adına mükafatlarla təltif edilmiş Elçin
Hüseynbəyli, Opera və Balet Teatrının baş
rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev
və başqa aktyor, rejissorlar iştirak edirdilər.
Səs.- 2008.- 7 noyabr.- S. 12.