M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında

 

Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının aşağıdakı əməkdaşlarına "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:

Əmrahova Yaşar Mustafa qızı
Hacıyeva Mələkxanım Məmməd qızı
Məmmədov Fazil Həsənbala oğlu
Məmmədova Tamilla Rəhim qızı
Tahirov Kərim Məhəmməd oğlu

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 no­yabr 2008-ci il

 

Azərbaycan.- 2008.- 18 noyabr.- S. 1.