Avrasiya Kitabxanalar Assambleyası
Qeyri-Kommersiya əməkdaşlıq
təşkilatının iclası
keçiriləcək
Noyabr ayının 18-də
günün birinci yarısında "Avrasiya
Kitabxanalar Assambleyası"
(BAE) Qeyri-Kommersiya əməkdaşlıq
təşkilatının 10-cu illik iclası keçiriləcəkdir. İclasda
"Avrasiya Kitabxanalar
Assambleyası"nın
prezidenti, Belorus Milli Kitabxanasının baş direktoru Roman Motulski, "Avrasiya Kitabxanalar Assambleyası"nın vitse-prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktoru Viktor Fyodorov, MDB ölkələrinin Parlamentlərarası
Assambleyasının Mədəniyyət,
informasiya, turizm və idman daimi
komissiyasının katibi
Konstantin Pşenko, Ukrayna Milli Kitabxanasının
direktor müavini Anatoli Brovkin, Qazaxıstan Milli Akademiya Kitabxanasının
direktoru Roza Berdiqaliyeva, Tacikistan Milli Kitabxanasının direktoru Şəif Toşev, MDB ölkələri
Parlamentlərarası Assambleyasının
baş katibinin müavini Aydın Cəfərov və b. iştirak edəcəklər.
Günün
ikinci yarısında Türkdilli ölkələrin Milli Kitabxana
direktorlarının ikinci konfransı
keçiriləcəkdir. TÜRKSOY-un baş direktoru
Düşen Kaseinov, Türkiyə Milli Kitabxanasının başqanı
Tüncel Acar, Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin
TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlı, Özbəkistan Milli Kitabxanasının baş
direktoru Abusalom Umarov, Qazaxıstan Milli Kitabxanasının direktoru Orunbassar İsaakov, Qırğızıstan
Milli Kitabxanasının
direktoru Æıldız
Bakaşova, Quzey Kıprıs Türk Cümhuriyyetinin Kitabxanalar
və Yayım şöbə müdiri Ümüre Örs və b. konfransda
iştirak edəcəklər.
Səs.-
2008.- 12 noyabr.- S. 12.