Azərbaycan Milli Kitabxanasının 85 illiyi qeyd edildi

 

Dünən Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Yubiley mərasimində 18 ölkədən 29 qonaq iştirak edirdi. Tədbir iştirakçıları, ilk olaraq, Fəxri Xiyabana üz tutaraq, ulu öndər Heydər Əliyevin məzarını Şəhidlər Xiyabanını ziyarət edərək, əklillər qoyuldular. Sonra qonaqlar yubileyinə toplaşdıqları Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olaraq, 85 illik yubileyi münasibətilə təşkil olunmuş "Heydər Əliyev Milli Kitabxanamızda", "Tariximizdən səhifələr", "Azərbaycan xarici mətbuatda", "Musiqi tariximizin qızıl fondundan", "85 il xalqın xidmətində", "Kitabxanamızın inciləri", "Azərbaycanın kitab abidələri" "Əməkdaşlarımızın yubiley töhfələri" adlı 8 sərgi ilə tanış oldular.

Yubileyin açılış mərasimi Ş.Qurbanov adına Musiqili Komediya Teatrında baş tutdu. Mərasimdə Azərbaycan himnn səsləndirildi. Kitabxananın 85 illik yubileyi ilə əlaqədar "Salnamə" studiyası tərəfindən istehsal olunmuş sənədli filmi iştirakçıların ixtiyarına verildi. Film Azərbaycan Milli Kitabxanasının keçdiyi tarixi yolu əks etdirən kadrlar mədəniyyət müəssisəsi haqqında dolğun məlumatları əks etdirirdi. Filmdə kadrarxası səsləndirmədə real görüntülərin daha effektli olaraq iştirakçılara təqdiminə imkan verirdi. Filmdə qeyd olundu ki, Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan ən iri kitabsaxlayıcılardan biridir. Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. 1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300000 adda kitab, jurnal, qəzet kart digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə, o dövrdə Şərqə artaq maraqla bağlı olaraq "Şərq haqqında jurnal materialları ", "1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı" adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında dörd otaqda yerləşirdi. Bu da onun fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən - Şərq, rus, Qərbi Avropa, xüsusi şöbə, xidmət biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır.

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyatın sayı milyonlara, işçilərinin sayı yüzlərə çatmışdır. Bu ya digər faktların hər biri film vasitəsi ilə iştirakçılara təqdim olundu.

Film sona yetdikdən sonra yubiley mərasimini giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov müəssisənin müasir fəaliyyət dairəsinə nəzər saldı. O bildirdi ki, kitabxana Azərbaycanda bir çox ictimai, elmi xadimlərin yetişməsində müstəsna rol oynamış bu gündə bu missiyanı layiqli bir şəkildə davam etdirir.

Tədbirdə çıxış edən Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev bütün tədbir iştirakçılarını salamlayaraq, mötəbər bir mərasimin paytaxtımızda baş tutduğunu bildirdi. O, yubiley iştirakçılarının nəzərinə çatdırdı ki, bu tədbir çərçivəsində "Avrasiya Kitabxanalar Assambleyası" Qeyri-Kommersiya Əməkdaşlıq təşkilatının 10-cu illik iclası, eyni zamanda keçiriləcəkdir. İclasda "Avrasiya Kitabxanalar Assambleyası"nın prezidenti, Belorus Milli Kitabxanasının baş direktoru Roman Motulski, "Avrasiya kitabxanalar Assambleyası"nın vitse-prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktoru Viktor Fyodorov, MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm idman daimi komissiyasının katibi Konstantin Pşenko, Ukrayna Milli Kitabxanasının direktor müavini Anatoli Brovkin, Tacikistan Milli Kitabxanasının direktoru Şəif Toşev b. iştirak edəcəklər. Eyni zamanda, Türkdilli ölkələrin Milli Kitabxana direktorlarının ikinci konfransı keçiriləcəkdir. TÜRKSOY-un baş direktoru Düşen Kaseinov, Türkiyə Milli Kitabxanasının başqanı Tüncel Acar, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Özbəkistan Milli Kitabxanasının baş direktoru Abusalom Umarov b. konfransda iştirak edəcəklər.

Əbülfəs Qarayev 85 illik yubileyi qeyd olunan kitabxananın tarixi inkişaf yoluna nəzər salıb, Milli Kitabxananın dünya kitabxanaları ilə əlaqəsini vurğuladı. 2005-ci ildə Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edilib. Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan olub. Bu da kitabxananın beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa ümümdünya layihələrində iştirakına real imkanlar yaradır.

Tarixi dövr keçmiş kitabxanada hazırda 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. Milli Kitabxana artıq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana - biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli tövsiyə biblioqrafiyası, beynəlxalq ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Nazir ümummilli liderin kitabxanaya olan diqqət qayğısına da diqqət yetirdi. Heç təsadüfi deyildir ki, ulu öndərimiz, elm mədəniyyətə yüksək qiymət verən prezident Heydər Əliyev 4 dəfə Milli Kitabxanaya gəlmiş öz şəxsi kitabxanasından yüzlərlə kitabı kitabxanaya hədiyyə etmişdir. 2005-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə "Milli Kitabxana" statusu verilmişdir ki, bu da kitabxananın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Nazir bildirdi ki, Milli Kitabxana kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirir, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında Azərbaycan müəlliflərinin əsərləri, dünya əhəmiyyətli nəşrləri, o cümlədən, xarici dillərdə qiymətli digər məlumat daşıyıcılarını toplayıb mühafizə edir.

"Kitabxana işi haqqında" "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2005-ci ildə kitabxanaya 21000 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.

Artıq kitabxananın "Kitabxana siyasəti metodik rəhbərlik" şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik göstərməyə başlamışdır. Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinə diqqət göstərən İlham Əliyev cənablarının YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd etdi. Nazir əlamətdar gün münasibəti ilə İlham Əliyev cənablarının yubiley münasibəti ilə ünvanladığı təbrik məktubunu iştirakçılara oxudu.

Sonra nazir kitabxananın inkişafında rolu olan bir neçə kitabxana işçisinə Fəxri fərmanlar təqdim etdi.

Yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev çıxış edərək, Azərbaycan milli kitabxanasını dünya kitabxanaları ilə müqayisə edib, dünyada analoqu olmayan bir müəssisə olduğunu bildirdi. O, Azərbaycanda kitaba, elmə verilən qiymətin heç bir dünya ölkəsində olmadığını da vurğuladı. Yazıçı qeyd etdi ki, bu gün elə bir sahə tapılmaz ki, orada kompüterlərdən, digər informasiya texnologiyalarından istifadə olunmasın. M.F.Axundov adına Milli Kitabxanada dünya standartlarına uyğun olaraq internet zalı istifadəyə verilmişdir.

Yubiley mərasimində TÜRKSOY-un baş direktoru Kaseinov Düsen, Türkiyə Milli Kitabxanasının başqanı Tüncel Acar, Özbəkistan Milli Kitabxanasının baş direktoru Umarov Abusalov başqaları çıxış edərək Azərbaycan Milli kitabxanasının dünya kitabxanaları əlaqəsindən söz açıb, yubiley münasibəti ilə təbrik etdilər.

Yubiley mərasimində rəsmi hissə sona yetdikdən sonra Azərbaycan musiqiçilərinin ifasında musiqi nömrələri təqdim olundu.
   

Səs.- 2008.- 18 noyabr.- S. 12.