Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi qeyd ediləcək

 

Noyabr ayının 17-19-də Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi təntənəli şəkildə qeyd ediləcəkdir. Yubiley mərasimində 17 ölkədən 28 qonağın iştirakı gözlənilir. Tədbir Fəxri Xiyabana ulu öndər Heydər Əliyevin məzarına Şəhidlər Xiyabanına əklillərin qoyulması mərasimi ilə başlayacaq. Daha sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olacaqlar. Milli Kitabxananın 85 illik yubileyi münasibətilə təşkil olunmuş "Heydər Əliyev Milli Kitabxanamızda", "Tariximizdən səhifələr", "Azərbaycan xarici mətbuatda", "Musiqi tariximizin qızıl fondundan", "85 il xalqın xidmətində", "Kitabxanamızın inciləri", "Azərbaycanın kitab abidələri" "Əməkdaşlarımızın yubiley töhfələri" adlı 8 sərgi ilə tanış olacaqlar.

Həmin gün Ş.Qurbanov adına Musiqili Komediya Teatrında yubiley tədbirinin rəsmi hissəsi başlanacaq. Rəsmi hissədən sonra yubiley iştirakçıları milli musiqimiz ilə tanış olacaqlar.

 

Səs.- 2008.- 12 noyabr.- S. 12.