Milli Kitabxananın 85 illik yubileyinə həsr olunmuş sərgi

 

Dünən Mirzə Fətəli Axundov adına Milli Kitabxananın 85 illik yubileyi münasibəti ilə sərgi keçirilib. APA-nın məlumatına görə, "Milli Kitabxanamızda", "Tariximizdən səhifələr", "Azərbaycan xarici mətbuatda", "Musiqi tariximizin qızıl fondundan", "85 il xalqın xidmətində" "Kitabxanamızın inciləri", "Azərbaycanın kitab alidələri" "Əməkdaşlarımızın yubiley töhfələri" adlı səkkiz bölümdən ibarət olan sərgidə 18 ölkədən 29 qonaq iştirak edib.

Sərgidə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu təntənəli yubiley münasibəti ilə iki beynəlxalq konfrans keçirilir. Nazirin sözlərinə görə, sabah Avrasiya Kitabxanalar Assambleyasının 10-cu illik iclası türkdilli ölkələrin milli kitabxana direktorlarının ikinci konfransı keçiriləcək. Ölkə prezidentinin kitabxanaların inkişafı ilə bağlı 5 illik dövlət proqramını imzaladığını xatırladan Əbülfəs Qarayev bildirib ki, yaxın vaxtlarda Milli Kitabxananın əsaslı təmirinə başlanılacaq. Milli Kitabxananın direktoru Kərim Tahirov isə çıxışında bildirib ki, hazırda Milli Kitabxananın 90 min oxucusu var. Milli Kitabxanada 5 milyondan artıq kitab saxlanılır

 

Ədalət.- 2008.- 18 noyabr.- S. 6.