Samirə

 

Axundov kitabxanasını tanımayacağıq

 

Dünən M.F.Axundov adına Milli Kitabxananın 85 illik yubileyi təntənəli şəkildə qeyd olundu. 20-dək ölkənin baş kitabxana rəhbərlərinin qatıldığı mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəz Qarayev bildirdi ki, 90 illik yubileydə respublikanın əsas kitabxanası tamamilə yeniləşəcək. Ə.Qarayev: "Gələn ildən kitabxananın rekonstruksiya işlərinə başlanılacaq. Bu işdə biz belaruslu həmkarlarımızın təcrübəsini əsas götürəcəyik. Belarusun Milli Kitabxanasının yeni binası çox möhtəşəm çoxfunksiyalıdır. Biz mütləq onlardan nümunə götürməliyik. Belarus Milli Kitabxanasının direktoru Roman Motulski isə bu işdə azərbaycanlı həmkarlarına köməklik etməyə hazır olduqlarını bildirdi. Bir müddət öncə Minskdə yerləşən kitabxanaya ölkə başçısı İlham Əliyev, mədəniyyət turizm naziri Əbülfəz Qarayev digər rəsmi şəxslər baş çəkmişdilər. Kitabxana binasının layihəsi 1980-ci illərin sonunda işlənib-hazırlansa da, onu gerçəkləşdirmək yalnız 15 ildən sonra mümkün olub".
   

Həftə içi.- 2008.- 18 noyabr.- S. 8.