Böyük Britaniyanın York hersoqu, şahzadə Endryu Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur

 

Böyük Britaniyanın York hersoqu, şahzadə Endryu noyabrın 23-də Bakının yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur.

Hörmətli qonağa məlumat verildi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu yaradılmışdır. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabalar, evlər, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam s. vardır. Bu abidələrin qorunması, eləcə Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. İki hektar ərazisi olan muzey kompleksdə Abşeron yarımadasında tapılmış eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, keramika, məişət bəzək əşyaları, silah sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları sair yerləşdirilmişdir.

York hersoqu, şahzadə Endryu muzey kompleksini gəzdi, buradakı eksponatlarla tanış oldu.

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru Fikrət Abdullayev məlumat verdi ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycan ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Tarixi abidələr baxımından Abşeron yarımadasının da xüsusi yeri vardır. Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala qəsəbəsində ona bitişik ərazidə 215 memarlıq arxeoloji abidə mövcuddur. Abidələrin öyrənilməsinə ötən əsrin 60- illərində başlanılmışdır. Qayaüstü rəsmlər mövzusu süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, nikah, astronomik rəmzlər sair səhnələr təsvir olunmuşdur.

Muzey komplekslə tanışlıq zamanı Azərbaycanın ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq, nalbənd emalatxanaları da maraq doğurdu.

Hörmətli qonaq qədim abidələrdən olan Qavaldaşa, Şüvəlan, Ağdaş düzü, Xaşaxuna, Zirə yaşayış məskənlərinin planına, qədim toyxana yerinə, tacir evinin maketinə, dəvələrə, Dübəndi və digər ərazilərdə arxeoloji qazıntılar zamanı aşkar olunmuş tapıntılara, qədim qəbiristanlıqdakı abidələrə də baxdı, muzeyin xatirə kitabına ürək sözlərini yazdı

 

Xalq qəzeti.- 2008.- 25 noyabr.- S. 3.