Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi haqqında buklet hazırlanmışdır

 

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondu Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında buklet nəşr etdirmişdir.

Yeni nəşrdə Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun 156 hektar sahəni əhatə edən ərazisində açıq səma altında yaradılan muzey kompleksi haqqında məlumat verilmışdir.

Bukletdə qeyd olunur ki, kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanmış və bərpa olunmuşdur. Bu ərazidə eramızdan əvvəl III-II minilliklərə aid kurqanlar, yaşayış binaları və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulmuşdur. Muzey Kompleksi qədim və orta əsrlərdən üzü bəri sakinlərin məişəti, təsərrüfatı, sənətkarlığı haqqında ətraflı məlumat almağa imkan verir.

Fondun məlumatına görə, bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, ölkəmizdə turizmin inkişafına da xidmət edəcəkdir

 

Azərbaycan.- 2008.- 15 noyabr.- S. 5.