Bu şəkilləri
görən oxucu onların harada çəkildiyini dərhal
başa düşəcək. Çünki
Bakının sakinlərinin
və qonaqlarının
çoxu ömründə
heç olmasa bir dəfə burada olub. Amma
həmin ünvanda olmayanlar üçün də şəkillərin
məzmunu çox söz deyir və təbii ki, onları buraya gəlməyə səsləyir. "Yüz
dəfə eşitməkdənsə,
bir dəfə görmək yaxşıdır".
Xüsusilə söhbət
doğma Vətənin,
yaşadığın ölkənin,
mənsub olduğun xalqın tarixindən gedirsən.Bura Milli Elmlər Akademiyasının Azərbaycan
Tarixi Muzeyidir. Muzeyin yerləşdiyi, vaxtilə görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin tikdirib nəsillərə
ərməğan etdiyi
binanın özü şanlı keçmişimizin
bir dilmancı, tarixi ənənələrimizin
bir nümunəsidir.
Bina 1895-1897-ci
illərdə tikilib və H.Z.Tağıyevin mülki olub. Həmin vaxtdan bəri də Bakının memarlıq incilərindən
biri olaraq qalır. 1920-ci ildən burada muzey yerləşdirilib.
İndiyədək bura
gələnlər Azərbaycanın
ərazisində mövcud
olmuş Atropatena, Albaniya, Şirvanşahlar,
Ağqoyunlular, Səfəvilər
dövlətləri dövrünə
aid maddi mədəniyyət nümunələri ilə
tanış olublar.
Binanın zahiri kimi,
daxili də, içərisində toplanmış eksponatlar da
qədim mədəniyyətimiz, folklorumuz,
məişətimiz, adət-ənənələrimiz
haqqında maraqlı hekayəi danışır.
Binanın ölkə
Prezidenti İlham Əliyevin sərəncamı ilə
dövlət vəsaiti hesabına yenidən təmir
olunması isə tariximizə qayğının, onun hər
bir vətəndaşa, paytaxtın qonaqlarına
çatdırılması istiqamətində
görülmüş təqdirəlayiq bir işdir.
Bu binanın
qarşısından laqeyd ötməyək. Ayaq saxlayaq, baxaq, düşünək,
içərisinə daxil
olmaq istəyimizdən
vaz keçməyək.
Ən vacibi isə uşaqların əlindən tutub buraya gətirək. Qoy daşlar, onların üzərindəki
memarlıq naxışları,
xalqımızın keçdiyi
kəşməkeşli yolu
əks etdirən ən müxtəlif eksponatlar gənc nəslə əyani tarix dərsi olsun.
Azərbaycan.- 2008.-27 noyabr.- S. 8.