İsveçrənin
Sürix şəhərindəki “Dizayn” muzeyində
“Baş-başa: siyasi portretlər” sərgisi
açılmışdır.
Sərginin birinci
hissəsində Azərbaycanın ümummilli lideri, dünya
şöhrətli siyasi xadim Heydər Əliyevin portreti
nümayiş etdirilir.
Muzeyin rəsmi internet
səhifəsində bildirilir ki, Sürix Kütləvi
Kommunikasiya və Media Tədqiqatları İnstitutu ilə
birgə təşkil olunmuş sərginin ekspozisiyasında
dünyanın ən məşhur dövlət və siyasət
xadimlərinin portretləri nümayiş etdirilir.
Sərgi 2009-cu il
fevralın 22-dək davam edəcəkdir.
Xalq qəzeti.- 2008.- 8 noyabr.- S. 1.