Əbülfəs Qarayev: "Azərbaycan Avropa Şurası mədəniyyət
nazirlərinin konfransına
tam hazırdır
Azərbaycan Bakıda
keçiriləcək Avropa Şurasının
"Mədəniyyətlərarası dialoq - Avropa və onun
qonşu regionlarında sülhün və davamlı
inkişafın əsasıdır" mövzusunda keçiriləcək
konfransa hazırdır. Bu barədə jurnalistlərlə
keçirdiyi görüşdə Azərbaycanın Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev məlumat verib.
Ə.Qarayev bildirib ki, konfransa hazırlıqla bağlı Baş nazir Artur Rəsizadənin iştirakı ilə goruş keçırılıb. Görüşdə tədbirin təşkilində Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan dövlətinin lazımi dəstək göstərəcəyi vurğulanıb. "Azərbaycanın beynəlxalq aləmdə nüfuzu Bakını beynəlxalq tədbirlərin məkanına çevirib. Konfrans 8 illik fasilədən sonra ilk dəfə Bakıda keçiriləcək və Avropanın mədəniyyət nazirlərinin toplantısı kimi yadda qalacaq. Ümumilikdə 250-dək iştirakçının qatılacağı toplantıya ilk dəfə olaraq Avropa ölkələrindən başqa, İslam ölkələrinin nazirləri də dəvət olunub" - deyə Ə.Qarayev vurğulayıb.
Ə.Qarayevin sözlərinə görə,
konfransın yekununda qəbul olunacaq Bakı bəyannaməsi nəticəsində Bakı
şəhərinin adı
Avropa Şurasının
sənədlərində "Bakı prosesi" kimi qeyd olunacaq.
Ə.Qarayev Ermənistanın konfransda
iştirakı məsələsinə
də münasibət
bildirib. "Artıq rəsmi qeydiyyat prosesi başa çatıb və Ermənistan iştirakını
təsdiqləməyib. Lakin
bu ölkədən də nümayəndənin
qatılacağını gözləyirik
və həmin nümayəndəyə də
digər qonaqlar kimi eyni şərait
yaradılacaq" - deyə Ə.Qarayev əlavə edib.
Mövqe.- 2008.- 29 noyabr-1 dekabr.- S. 7.