Qobustanın
sirləri
"Bu günə
kimi heç kəsə məlum olmayan vulkan muzeyini Qobustanda aşkar etmişəm.
Bu haqda Mədəniyyət
və Turizm Nazirliyinə məlumat versəm də, amma heç bir nəticəsi olmayıb"
Şakir Həmzəyev:
"Diribaba" türbəsini ermənilər saxtalaşdırıb"
Şakir Həmzəyev ixtisasca tarix-fəlsəfə müəllimidir. 35 ildir pedaqoji fəaliyyətə
başlayıb. Hazırda
Bakı İdarəetmə
və Texnologiya Kollecində tarix və fəlsəfə fənlərini tədris edir.
6 aydır Qobustanın tarixini yazır. Bu günə kimi bir çox araşdırmaları dərc
edilib. "Qobustan dünyanın ana məkanıdır" kitabı
artıq çapa hazırlanır. Ş.Həmzəyev
qədim Qobustanın tarixi abidələrinin bugünkü vəziyyətindən
və onların məlum olmayan sirləri barədə söz açaraq dedi: "Qobustanın tarixi 30 min ildən
çox qabağa gedib çıxır. Tarixi mənbələrə
görə, XX əsrin
əvvəllərinə qədər
Qobustan Kabiristan - Qabıstan adı ilə gedirdi. "Kabiristan" sözünün
mənası "ən
qədim" deməkdir.
İlk dəfə
"qədim" sözü
bu məkana aid edilib, Qobustanda
apardığım araşdırmaya
görə, orada heç kəsə məlum olmayan 4 zəmzəm var. Quranda yazılan 12 çeşmədən 4-ü Qobustandadır.
Bu günə kimi heç kəsə məlum olmayan vulkan muzeyini Qobustanda aşkar etmişəm. Bu haqda Mədəniyyət
və Turizm Nazirliyinə məlumat versəm də, amma heç bir nəticəsi olmayıb".
Ş.Həmzəyev
həmçinin vurğuladı ki, 1948-ci ildə arxiv
materiallarından tapdığı "Diribaba"
türbəsinin fotoşəklini adıçəkilən
quruma verməklə sübut edib ki, həmin türbə
1963-cü ildə erməni memarları tərəfindən
bərpa edilərkən saxtalaşdırılıb:
"Bununla bağlı Mədəniyyət və Turizm
Nazirliyinin mədəniyyət şöbəsinin müdiri
Rizvan Bayramova məlumat vermişəm. Hətta
ona fotoşəkilləri
də təqdim etmişəm. Rizvan Bayramov türbənin
saxtalaşdırılması fikrimlə razılaşsa
da, bu günə
kimi cavab verən olmadı. Bunlardan başqa, Bakının Şıx çimərliyində, Bibiheybət
tərəfdə 2008-ci ilin
iyulunda 16 ədəd qavaldaş kəşf edib onları da həmin nazirliyin
göndərdiyi şəxslərə
təhvil verdim. Onlar bu tarixi abidələri
Qobustan muzeyinə aparmaq əvəzinə, Qala qəsəbəsində
yeni açılan muzeyə aparıblar və həmin qavaldaşları müəyyən
dairələrdə "ölü
daş" kimi təqdim ediblər. Əfsuslar olsun ki, bu qavaldaşlar
haqqında heç kəsə məlumat verilmədi. Mən Rizvan Bayramovdan müəlliflik hüququmu
tələb etdikdə
isə onun cavabı bu oldu ki, bizlik
deyil. Sonra ona müraciət etdim ki, axı
onlar dünyada analoqu olmayan müqəddəs daşlardır.
Nəyə görə
bu barədə ictimaiyyətə məlumat
vermirsiniz? Təkrar cavab aldım: "O bizlik deyil". Onda belə bir sual ortaya
çıxır: "Bəs
bu işlər kimlikdir?".
Həftə içi.-
2008- 6 noyabr.- S. 6.