İsmayılov R.
Əcəmi seyrangahı
Naxçıvan şəhərində ən gözəl parklardan, istirahət guşələrindən söhbət düşəndə, ilk növbədə, Əcəmi seyrangahının adı çəkilir. Onu digər mədəniyyət və istirahət parklarından fərqləndirən cəhətlər az deyil. Əvvəla, o, daha böyük əraziyə malikdir. Digər tərəfdən, şəhərin Qala məhəlləsi deyilən yerdə salınıb. Bu məhəllə orta əsrlər dövründən şəhərdə adla tanınan ünvanlardan biri olub, vaxtilə bir çox memarlıq inciləri burada inşa edilib. Naxçıvanın gözəllik simvolu sayılan və XII əsrə məxsus Mömünə xatun məqbərəsi isə bu əraziyə xüsusi gözəllik verir. XVIII əsrdə tikilmiş və uzun illər Naxçıvan xanlarının iqamətgahı kimi fəaliyyət göstərmiş "Xan evi" də həmçinin. Buradakı tarixi abidələrdən biri də Miryaqub ağa piridir.
Açıq səma altında muzey son illərdə yaradılsa da, ona məxsus eksponatlarla seyrangahın hər guşəsində rastlaşmaq olur. Xüsusən də, daşdan yonulmuş qoc heykəllərlə. Hər bir eksponat tariximizin dərin qatlarından soraq verir.
Seyrangahın mərkəzində
xalqımızın ümummilli
lideri Heydər Əliyevin şərəfinə
abidə ucaldılıb.
Dahi öndər ötən əsrin səksəninci illərinin əvvəllərində
ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri
adına layiq görülərkən sovet
dövrünün qayda-qanunlarına uyğun olaraq doğma vətənində onun tuncdan büstü qoyulub. Bu abidə gənclərin ümid və sevgi ünvanlarına çevrilib. Naxçıvan
şəhərində elə
bir toy ziyafəti tapmaq olmaz ki,
bəylə gəlin məclisdən bir qədər əvvəl
onun önündə ulu öndərin xatirəsini yad etməsin.
Azərbaycan.- 2008.- 1 noyabr.- S. 6.