Mükərrəmoğlu M.
Mədəni
irsimizin qorunması üzrə məlumat Avropa
Şurasının xüsusi veb-saytında yerləşdirildi
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, nazirlikdə HEREİN (European
Heritage Network) layihəsində iştirak
ilə əlaqədar
milli hesabat hazırlanmışdır. Mədəniyyət
və turizm sahələrini əhatə
edən milli hesabat Avropa Şurasının vebsaytında
yerləşdirilib. Milli
hesabat Avropa Şurasının Mədəniyyət,
Mədəni və Təbii İrs Müdiriyyəti tərəfindən
təqdim olunan suallar əsasında hazırlanıb.
HEREİN
layihəsində Avropa Şurasına üzv olan bir çox
ölkələr iştirak edir. Bu layihənin məqsədlərindən
biri üzv ölkələr tərəfindən
qəbul edilmiş Avropa Şurasının mədəni irsin mühafizəsi üzrə
mövcud olan konvensiyaların həyata keçirilməsinin monitorinqidir.
İngilis dilində
hazırlanmış milli hesabat hazırda Azərbaycan və
fransız dillərinə tərcümə edilir. Tərcümə işləri
başa çatdırılandan
sonra milli hesabat bu dillərdə
də həmin vebsaytda yerləşdiriləcək.
Xalq qəzeti.- 2008.- 28 noyabr.- S. 8.