Əliyev Ə.


YUNESKO-da Anlaşma Memorandumu imzalanmışdır

 

Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, noyabrın 28- qurumun baş qərargahında bu təşkilat ilə MDB- üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Fondu arasında Anlaşma Memorandumu imzalanmışdır. Bu sənəd YUNESKO fondun təhsil, elm, mədəniyyət, kommunikasiya, informasiya sahələrində birgə əməkdaşlığının təməlini qoymuşdur.
Sənədi YUNESKO-nun baş direktoru hazırda fonda rəhbərlik edən Qazaxıstanın mədəniyyət naziri imzalamışlar.

İmzalama mərasimi çərçivəsində baş direktorla keçirilmiş görüşdə Qazaxıstanın mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı səfiri, Rusiya, Belarus və Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər. Səfir Polad Bülbüloğlu son zamanlar Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır.

Azərbaycan.- 2008.-30 noyabr.- S. 2.